Nyutonun II qanununun
d
m = f (5) dt şəklini dəyişək və klassik mexanikada kütlənin sabit olmasını nəzərə alsaq, həmin ifadəni
d(m)
= f (6)
dt şəklində yazmaq olar.
P = m
vektorial kəmiyyəti maddi nöqtənin impulsu adlanır. Sonuncu ifadəni nəzərə alsaq Nyutonun II qanununu dP
= f (7) dt şəklində yazmaq olar. Bu qanunu aşağıdakışəkildə ifadə etmək olar : maddi nöqtənin impulsunun zamana görə I tərtib törəməsi, həmin nöqtəyə təsir edən bütün qüvvələrin cəminə bərabər olur. Qeyd edək ki, (7) tənliyi (5) tənliyinə nisbətən daha geniş oblastda ödənilir. Nisbilik nəzəriyyəsinə görə cismin kütləsi sürətindən asılı olaraq dəyişir. Amma bu dəyişmə işığın boşluqda yayılma sürətindən çox kiçik olduqda çox cüzi olur və onu nəzərə almamaq olar. Lakin böyük sürətlərdə kütlə sürətlə artdığından (5) düsturu mahiyyətini itirir. (7) düsturu isə bu halda da öz əhəmiyyətini
itirmir. (7) düsturunun şəklini dəyişək
dP = fdt (8)
olmasını alırıq. Bu ifadəni inteqrallasaq,zaman fasiləsinin t1 anından t2 anınadək dəyişdiyi halda impulsun dəyişməsini alarıq
t2 t2
P2 −P1 = dP = fdt (9)
t1 t1
Burada f = const olduqda, müəyyən t müddətində impuls dəyişməsi
P2 −P1 = fdt (10) olur.(7) münasibətinə əsasən impulsun zamana görə dəyişməsini bilərək cismə təsir edən qüvvəni
müəyyən etmək olur. Kütlələri m1,m2,...mN , sürətləri 1,2,...,N , impulsları isə