Dağ çəmən-hozqır torpaqları Dağ çəmən-bozqır torpaqları torpaqəmələgəlmənin müstəqil tipi kimi çoxdan ayrılmışdır. Subalp çəmən- bozqırları üçün səciyyəvi olan bu torpaqlar əsasən 1900-2100 m yüksəkliklərdə yayılmışdır. Lakin respublikamızın daha cənub rayonlarında bu torpaqlar yayıldığı ərazilərin yuxarı sərhədi 2000-2200 m-dak qalxır. Çəmən-bozqır torpaqları Böyük Qafqazın şərq hissəsində, Kiçik Qafqaz vilayətində isə Qarabağ yaylasında, Zəngəzur, Mıxtökən, Qarabağ silsilələrində, Talış sisteminə daxil olan Peştəsər silsiləsində inkişaf etmişdir. Adı çəkilən rayonların geomorfoloji quruluşu üçün ərazinin yüksək təbii parçalanması səciyyəvidir. Yaxşı sukeçirmə qabiliyyətinə malik olan süxurlar və kifayət qədər meylliyə malik yamaclar burada istər səthi, istərsə də torpaqdaxili axımların əmələ gəlməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın yüksək dağlığında inkişaf etmiş bu torpaqlar bəzi hallarda qaramtıl dağ-çəmən torpaqları ilə kompleksdə yayılaraq subalp çəmənləri üçün səciyyəvi olan mürəkkəb mozaikalar yaradırlar. Çəman-bozqır torpaqlarının yayıldığı rayonların iqlimində, yüksək dağlıq zonanım yuxarıda təsvir edilən torpaqlarının yayıldığı ərazilərlə müqayisədə quraqlıq əlamətləri aydın müşahidə olunur. Torpaqların yayıldığı ərazilərin orta illik temperaturu subalp mezofil çəmənlərin müvafiq göstəricisindən bir qədər yüksək olub 8.5- 11,1 arasında tərəddüd edir. Rütubətlənmə əmsalı 0,7-1,12 təşkil edir. İlin ayrı-ayrı mövsümlərində buxarlanmanın yağıntıların miqdarından yüksək olması ilə əlaqədar rütubət çatışmamazlığı müşahidə olunur. Bununla bərabər yağıntıların buxarlanmadan bir qədər çox olduğu hallarda zəif yuyucu su rejimi şəraitində çox mütəhərrik birləşmələrin dövri olaraq aşağıya doğru miqrasiyası baş verir.
Təsvir edilən torpaqların yayıldığı ərazilərin bitki örtüyü çəmən-bozqırlardan və müxtəlif otlu taxılkimilər fitosenozundan (əsasən ala topal, şırımlı topal, Qafqaz nazikbaldırı və s.) ibarətdir. Göstərilən bitkilər normal şəraitdə torpaq səthində çim təbəqəsi əmələ gətirirlər. Həmin təbəqə hiss olunacaq dərəcədə quruluğu və daha yumşaq olması ilə çimli dağ-çəmən torpaqların müvafiq təbəqəsindən fərqlənir. Ot bitkilərinin məhsuldarlığı subalp çəmənlərində olduğundan xeyli aşağı olub yerüstü hissəninki 0,7-0,9, yeraltı hissəninki isə 5,7-6,6 t/ha təşkil edir. Bu torpaqların üst qatlarında üzvi maddələrin parçalanması subalp çəmənlərində olduğundan daha intensiv gedir. Dağ çəmən-bozqır torpaqları özünün genezisində bozqır torpaqəmələgəlmə tipinə xas olan bir sıra əlamətləri birləşdirmişdir. Xarici görünüşü etibarilə bu torpaqlar qaramtıl dağ-çəmən torpaqlarına oxşasa da bir sıra fiziki-kimyəvi xüsusiyyətlərinə və torpaqəmələgəlmənin bəzi əlamətlərinə görə ondan fərqlənir. Təsvir edilən torpaqların profilinin quruluşu bir çox cəhətdən qaramtıl dağ-çəmən torpaqları təkrar edir. Lakin həmin torpaqlardan çimləşmənin xarakter və dərinliyinə, humusla rənglənmə dərəcəsinə, dərininə yuyulmasına və daha inkişaf etmiş profilə malik olmasına görə seçilir. Çəmən bozqır torpaqların normal şəraitdə inkişaf etmiş profili üçün aşağıdakı genetik horizontların növbələşməsi səciyyəvidir. Torpaqların inkişaf etdiyi ərazilərin relyef şəraiti və torpaqəmələgətirici süxurların tərkibindən, torpaqəmələgəlmənin yaşından asılı olaraq genetik horizontların bir-birini əvəz etməsi ardıcıllığında və onların qalınlığında fərqlər müşahidə olunur. M.E.Salayev (1991) dağ-çəmən bozqır torpaqların xarakterik profili üçün aşağıdakı morfoloji əlamətlərin səciyyəvi olmasını göstərmişdir.
Ao quru yumşaq çim, bitki kökləri çox sıx şəkildə dolaşmış, dərinliyə işləmiş, bir qədər elastikidir. Köklərarası sahə tozvari, kobud humus və narım qumla tutulmuşdur, qaynamır. Çim qatının qalınlığı 11,62,8 sm-dən çox olmur.
A qəhvəyimtil-boz, yaxud bozumtul çaları tünd-qonur, xırda danavari, yaxud barıtvari, yaxşı aqreqatlaşmışdır, sıx kök kütləsi, xırda məsaməli, bioloji cəhətdən yaxşı işlənilmişdir, bəzi yerlərdə qarışqa yolları, yumşaqvari, təzə, çoxlu iri qumlar, yüngül gillicələr, keçidi aydındır, qaynamır. Orta qalınlığı 102,1 sm
A1 qədər açıq, qonur və bozumtul çalarlı, dənəvari-xırda topavari, yaxşı aqreqatlaşmış, çoxlu canlı və ölü bitki kökləri, qurd yolları, iri qum və çınqıl qarışıqlı orta gillicələr, bərkvari, təzə, müşahidə edilən karbonatlar yoxdur, keçid dalğavari şəkildədir, bəzi yerlərdə zəif humus axıntıları, qaynamır. Orta qalınlığı 19-3,6 sm-dir.
B1 qonurumtul-boz, yaxud açıq-qəhvəyi (küləşı) çalarlı qonurumtul, topavari, dərinliyə doğru struktura pozulur, gilli, çoxlu çınqıllar, köklər azdır, quru halda dərinə getməyən çatlar, bark, keçidi aydın, karbonatlar yoxdur, qaynamır, Orta qalınlığı 12±4,3 sm.
B₂-bozumtul-sarı, bir çox hallarda yekcins rəngə malik olmur, qəhvəyi və sarı ləkələr bir-birini əvəz edir, çınqıllı, strukturu aydın seçilməyən kəltənli, gilli, köklər azdır, nazik qatlar, quru, karbonatlar yoxdur, qaynamır, keçidi kəskin. Orta qalınlığı 18±3,6 sm.
C-ana süxurların (andezit-bazalt, gilli şist və s.) çox çınqıllı elüvisi və karbonatsız delavial gillicələr, çox bərk, ağır gillicəli, skeletli, rəngi qarışıqdır (ala-bula), zaif qaynayır, yaxud çox hallarda qaynamır. Yuxarıda verilmiş morfoloji təsvirdən aydın göründüyü kimi təsvir edilən torpaqların profili genetik horizontlara nisbətən zəif ayrılır. Torpaqların profili qalın olur 100-150 sm. Qaramtıl torpaqlarla müqayisədə çim qatı qalın (8-12 sm) olur. Canlı kök kütlələrinin əsas hissəsi çim qatında toplanır. Adətən dənəvari-tozvari və dənəvari-xırda topavari struktura malik olan humus qatı aydın seçilir, orta qalınlığı isə 40-50 sm-ə çatır. Rənginə və sıxlıq dərəcəsinə görə illüvial horizontu aydın ifadə olunmamışdır, gilləşmə əlamətləri müşahidə olunmur və topavari struktura malikdir. Qonur-qəhvəyi, boz-sarı (sarı-qırmızı) rənglər üstünlük təşkil edir. C qatı əsasən ana süxurların (andezit-bazalt, gilli şistlər və s.) çınqıllı elüvisindən, karbonatsız gillicələrdən ibarət olur. Bütün profilin çınqıllı olması onun dərinliyinə doğru artması, demək olar ki, bütün profilin karbonatlardan. yuyulması bu torpaqların səciyyəvi xüsusiyyətlərindəndir. Dağ cəmən-bozaır torpaqlarının əsas tərkib hissələri asağıdakı cədvəldə öz əksini tapmısdır. hissəciklərinin miqdarı 6,3-36,3%, fiziki gilin miqdarı isə 32,3-62,0% arasında tərəddüd edir. Torpaqların qranulometrik tərkibinə ana süxurların petroqrafik tərkibi də böyük təsir göstərir. Belə ki, Böyük və Kiçik Qafqazda daha ağır torpaqlar əsaslı süxurlar (andezit, bazalt və s.) üzərində, yüngül torpaqlar isə daha turş torpaqlar üzərində inkişaf edir Ümumi kimyəvi tərkibinə görə dağ çəmən-bozqır torpaqları bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, bu torpaqların üst A, horizontunda silisium oksidin və biryarım oksidlərin müəyyən qədər azalması və onların B horizontunda nisbətən çox toplanması müşahidə olunur. SiO2-nin illüvial horizontda artıq olması silisium birləşmələrinin torpaqəmələgəlmə prosesində aşağı qatlara doğru miqrasiyasına dəlalət edir. Silisium-oksidin dəmir və alüminium oksidinə nisbətən Ao horizontu istisna olmaqla ayrı-ayrı genetik horizontların mineral hissəsində əsaslı fərqlərin olmadığını göstərir. Profil boyu silisium-oksidin dəmir, alüminium və biryarım oksidlərə bir-birinə yaxın olan nisbətləri bunu bir daha sübut edir. SiO, R₂O, nisbəti isə kiçik bir həddə (4,6-4,8) dəyişir. Bu onların daha dərindən aşınması və təkrar gilli minerallarla zənginləşməsi ilə əlaqədardır. Dağ çəmən-bozqır torpaqların az tədqiq edilməsi ilə əlaqədar onların təsnifatı məsələləri də çox az işıqlandırılmışdır. Keçən əsrin 50-ci illərindən başlayaraq çəmən-bozqır torpaqları müstəqil tip kimi ayrılmış, Qafqazın və Azərbaycanın torpaq xəritələrində ayrıca qeyd edilmişdir.
Çəmənləşmənin xarakter və dərinliyinə, bir sıra fiziki-kimyəvi xassələrinə və torpaq profilinin ümumi inkişafına əsasən M.E.Salayev (1991) dağ çəmən-bozqır torpaqların yarımtiplərini ayırmış və onların aşağıdakı təsvirini vermişdir.