SəRBƏst iŞ Mövzu: Dağlıq dağ-meşə torpaqlar Bakı-2023



Yüklə 70,92 Kb.
səhifə3/3
tarix07.01.2024
ölçüsü70,92 Kb.
#204034
1   2   3
Torpaqşünaslıq

Sıx çimli dağ çəmən bozqır torpaqlar yarımtipi. Bu torpaqlar adətən relyefin qabarıq elementlərində (suayrıcı səthlərdə və s.) inkişaf edirlər. Onlar nisbətən yuxa (5-8 sm) çim qatı, yüksək çınqıllıq, nisbətən qısa narın torpaq qatına malik olması ilə səciyyələnirlər. Humusun miqdarı bir qədər az olub 4-5% təşkil edir. Humusun azota nisbəti genişdir - 10-12. Profildə karbonat yeni törəmələri nəzərə çarpmır, torpaq doymuşdur. Humus fulvat tərkiblidir.
Sıx çimli dağ çəmən-bozqır torpaqlar yarımtipi. Göstərilən torpaqlar daha çox relyefin çökək elementlərində əlavə rütubətlənmə şəraiti olan ərazilərdə formalaşırlar. Bu torpaqlar sıx çimli torpaqlardan çim qatının nisbətən qalın (8-12 sm), quru və yumşaq olması ilə fərqlənir. Yumşaq çimli torpaqlar üçün qalın humuslu qat (70-90 sm) və daha inkişaf etmiş profilin (100-120 sm) olması səciyyəvidir. Humusun miqdarı daha yüksəkdir (8-9%), C/N nisbəti daha dardır -8-10. Bu, torpaqlarda üzvi maddələrin parçalandığını, profilin dərindən yuyulduğunu və əsaslarla doyduğunu göstərir. Ayrı-ayrı hallarda profilin orta hissələrində mübadilə olunan hidrogenə rast gəlinir, mühitin reaksiyası neytral, dərinliyə doğru zəif turşdur. Dağ çəmən-bozqır torpaqlarında aşağıdakı cinslər ayrılır, yuyulmuş, doymuş, tam inkişaf etməmiş. Yuyulmuş torpaqlar üçün profilin karbonatlardan yuyulması, doymuş torpaqlar üçün əsaslarla yüksək dərəcədə doyması, tam inkişaf etməmiş torpaqlar üçün qısa profilin mövcud olması səciyyəvidir. Dağ çəmən-bozqır torpaqlarının yayıldığı sahələr əsasən təbii biçənəklər kimi istifadə olunur. Onların yalnız kiçik bir hissəsi taxıl bitkiləri və kartof əkinləri üçün istifadə olunur. Özünün aqronomik xüsusiyyətlərinə görə bu torpaqlar yüksək bonitetli torpaqlar sırasıma daxil edilir. Göstərilən torpaqların 0-100 sm-lik qatında humusun miqdarı 500 t/ha-a çatır.
Respublikamızda o qədər də geniş sahə tutmayan qonur dağ-meşə torpaqları meşə zonasının nisbətən üst rütubətli qurşağında 1000 (900)-2000 (2200) m yüksəkliklər arasında yayılmışdır.
Qonur dağ-meşə torpaqları bütövlükdə dağlıq şəraitdə, dağ yamaclarında inkişaf etmişdir. Bununla əlaqədar olaraq yamacların yüksəkliyi, baxarlığı və meyilliyi, aşınma qabığının qalınlığı və s. torpaqəmələgəlmə prosesinə və torpaqların yayılmasına, onun müxtəlifliyinə ciddi təsir göstərir. Çox hallarda şimal baxarı yamaclarda orta qalınlıqlı və qalın torpaqlar inkişaf edir. Meyllik azaldıqca torpaqların qalınlığı da artır. Cənub baxarlı yamacların orta və yuxarı hissələrində orta qalınlıqlı və yuxa skeletli torpaqlar üstünlük təşkil edir. İstər şimal, istərsə də cənub baxarlı yamacların şleyť hissələrində qalın profilli torpaqlara daha çox rast gəlinir. Dağlıq şəraitdə torpaqəmələgəlmənin xarakterinə torpaqəmələgətirici süxurların litoloji və petroqrafik tərkibi böyük təsir göstərir. Qonur dağ-meşə torpaqları müxtəlif vulkanik və çökmə süxurlar üzərində formalaşır. Bu torpaqlar həm bazalt, porfirit, gil, gilli şist, əhəngdaşı və konglomeratlar kimi bərk süxurlar, həm də ana süxurların nisbətən yumşaq elüvial-delüvial çınqıllı-gilli aşınma məhsulları üzərində formalaşırlar. Tərkibində alüminium və dəmir birləşmələri olan ilkin minerallarla zəngin süxurlar üzərində qonur meşə torpaqları tipik inkişaf xüsusiyyətlərinə malik olur. Qonur dağ-meşə torpaqlarının yayıldığı ərazilərin iqlim göstəricilərində fərqlər müşahidə edilir. Böyük Qafqazın yamaclarında bu torpaqların yayıldığı ərazilər mülayim-isti iqlim ilə səciyyələnir. Orta illik temperatur 6,0-11,9-dən yüksək deyildir. Ən soyuq (yanvar) ayın temperaturu -2,6-0,0°, ən isti (iyul) ayınkı isə 11,4-18,2" arasında tərəddüd edir. Orta illik yağıntıların miqdarı 570-952 mm-dir və onun 389-694 mm-i isti mövsümdə (aprel-oktyabr), 181-208 mm-i isə sentyabr-mart aylarında düşür. Buxarlanmanın miqdarı aşağıdır (400-600 mm) və bununla əlaqədar rütubətlənmə əmsalı yüksəkdir - 1,42-1,58. Faal temperaturların cəmi 1737-3196"-dir. Kiçik Qafqazın qonur meşə torpaqları zonası mülayim soyuq və mülayim-isti iqlimlə səciyyələnir. Orta illik temperatur 6-8", illik yağıntıların miqadrı 600-710 mm-dir. Burada yağıntıların rejimində kəskin mövsümi dəyişikliklər müşahidə edilmir, il boyu torpaqda kifayət qədər faydalı rütubət mövcud olur. Yağıntıların miqdarının nisbətən yüksək, buxarlanmanın isə alçaq olması, arazinin təbii parçalanması, torpaq və qruntun yüksək çınqıllı olması və s. bu torpaqların yuyucu su rejimi şəraitində inkişafına səbəb olmuşdur. Yuxarıda qeyd olunduğu kimi qonur dağ-meşə torpaqları meşələrin üst rütubətli qurşağında formalaşır. Bu qurşaqda əsasən şərq fıstığı yayılmışdır. Ona görə də bu qurşağa fıstıq meşə qurşağı da deyilir. Burada fistığa Qafqaz vələsi və çökə ağacımın bəzi növləri də qarışır. Bu meşələr çox sıx, ağaclar hündür olur. 1400-1600 m yüksəklikdə fıstıq meşələri daha da sıxlaşır. Burada ot bitkisi heç olmur Torpaqlarda üzvi maddənin əmələ gəlməsində meşə töküntüsünün toplanması, meşə döşənəyinin ehtiyatı və çürüməsi mühüm rol oynayır. Azərbaycanın fıstıq meşələrində töküntünün miqdarı 2,70-9,92 t/ha arasında tərəddüd edir. Fıstıq meşələri döşəmə ehtiyatının yüksək olması və müxtəlif həddə tərəddüd etməsilə fərqlənir. Lənkəranın ölüörtüklü vələsli fistıq meşəsində döşəmə ehtiyatı hər hektarda 20,1 t, Böyük Qafqazın cənub yamacında 20,1-22,4 t, canub-şərq hissəsində 16,3-18,2 t, şimal-şərq yamacında isə 18,9-21,5 t arasında tərəddüd etmişdir. Kişik Qafqazda fıstıq və fıstıq-valas meşələrində meşə döşənəyində külün miqdarı 11-18% (orta hesabla 13,2%), Röyak Qafqazın cənub yamacında 6-16% (9,67%), Lankaran vilayətində 7-9% (8,2%) təşkil edir. Fıstıq döşəməsi külündə ən çox silisium, kalsium, alüminium və maqnezium toplanmışdır. Burada dəmir və alüminium biogen akkumulyasiyası səciyyəvidir. Qonur dağ-meşə torpaqlarının genezisində bitki qalıqlarının tərkibində kül elementlərinin yüksək olması ilə yanaşı, torpaqəmələgətirici süxurların xeyli çınqıllı olması da əhəmiyətli rol oynayır. Bu amillərin təsiri altında torpağa qələvi və qələvi-torpaq elementləri daxil olur. Bu torpaqların yayıldığı ərazilərin təbii parçalanması (drenləşməsi), torpaqların yaxşı aqreqatlaşması aerobioz şəraitin yaranmasını qeyri-mümkün edir. Bununla əlaqədar olaraq M.E.Salayev (1991) qonur dağ-meşə torpaqları üçün podzollaşma əlamətlərinin səciyyəvi olmadığını göstərir. Respublikamızın müxtəlif dağlıq vilayətlərində yayılmış qonur meşə torpaqlarının ekoloji-coğrafi şəraitinin müxtəlifliyi ilə əlaqədar aşağıdakı yarımtipləri ayrılır: zəif doymuş (lösləşmiş) qonur dağ-meşə, tipik qonur dağ- meşə, karbonat qalıqlı qonur dağ-meşə, bəzqırlaşmış qonur dağ-meşə torpaqları. Zəif doymuş (lösləşmiş) qonur dağ-meşə torpaqları yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar Böyük Qafqazın canub yamaclarında, Kiçik Qafqazda isa Murovdağ silsiləsinin şimal və şimal-qərb yamaclarında meşə qurşağının daha rütubətli zolağında, həmçinin Talış silsiləsinin dağarası çökəkliklərində yayılmışdır. Onlar ən çox müxtəlif meyllik və baxalığa malik qədim terraslarda və düzəltmə səthlərində, adətən fıstıq və fıstıq- valas meşələri altında formalaşırlar. Qranodiorit, gilli şist, andezit və s. süxurların aşınma məhsullarından ibarət olan çınqıllı elüvial-delüvial çöküntülər əsas torpaqəmələgətirici süxurlar rolunu oynayır. Respublikamızın zəif doymuş (lösləşmiş) qonur dağ-meşə torpaqları bir sıra əlamətlərinə görə Qərbi Zaqafqaziyanın eyni adlı torpaqlarından fərqlənir. Bunlardan birinci növbədə profilin dərindən yuyulması, turş və zəif turş reaksiyanın mövcud olması, udma tutumunun yüksək olması, podzollaşma əlamətlərinin müşahidə edilməməsi, profilin orta hissəsinin gilləşməsi və biryarım oksidlərlə zənginləşməsini və s. göstərmək olar. Təsvir edilən torpaqların profilini nəzərdən keçirsək onun nisbətən sadə olması, zəif differensiasiya etməsi nəzəri cəlb edir. Bundan başqa elüvial A horizontunda narın hiccaciklərin müəyyən qədər azalması və rəngin açıqlaşması müşahidə olunur. Aşağıda zəif doymuş (lösləşmiş) qonur dağ-meşə torpaqlarının ümumiləşdirilmiş morfoloji təsvirini nəzərdən keçirək. Tipik qonur dağ-meşə torpaqlarında humusun miqdarı digər yarımtiplərlə müqayisədə nisbətən yüksəkdir. Üst qatda onun miqdarı 8,41-11,05%, ümumi azotunku isə 0,54-0,9% arasında tərəddüd edir. Aşağı qatlara doğru humusun miqdarının kəskin dəyişməsi səciyyəvidir. M.E.Salayevə görə bu torpaqların üst qatında humus. va azotun orta miqdarı müvafiq şəkildə 10,0-1,7% və 0,61±0,10%-dir. Humusun tərkibi fulvat tiplidir, humin turşusunun fulvoturşuya nisbəti vahiddən kiçikdir (0,5-0,6). Bu turşuların çox hissəsi biryarım oksidlərlə və qismən Ca ilə birləşmişdir. Torpaqların üst 1 metrlik qatının humus ehtiyatı 220-400 v/ha, azot ehtiyatı isə 20-40 /ha-dır (G.A.Salmanov, 1978). Meşə töküntüsü və çürüntünün çoxluğu, qranulometrik tərkibin ağır olması, strukturun əlverişliliyi, torpaqəmələgətirən süxurların tərkibi tipik qonur dağ-meşə torpaqlarının yüksək udma tutumuna malik olmasına şərait yaratmışdır. Bu torpaqlarda udulmuş əsasların cami 24,9-41,0 m-ekv arasında dəyişməklə, əsas yeri Ca tutur. Onun miqdarı 21,46-33,70 m-ekv. Mg-un miqdarı isə 2,30-9,85 mq-ekv arasında olub, profil boyu qeyri-bərabər paylanır. H va Al miqdarı daha azdır. Bütün profilin karbonatlardan yuyulması H ionlarının kifayət dərəcədə iştirakı bu torpaqların zəif turş reaksiyaya (pH 4,8-6,2) malik olmasına səbəb olmuşdur. Qranulometrik tərkibeə bu torpaqlar ağır gillicəli və orta gilli növmüxtəlifliklərinə aiddir. Profilin qranulometruk tərkibinə görə differensiasiyası aydın ifadə olunmuşdur. Lil və fiziki gil hissəciklərinin profilin orta hissəsində (bərkimiş B horizontunda) toplanması müşahidə olunur. Lil fraksiyalarının tərkibində montmorillonit qrupu mineralları (beydelit, kaolinit, xeyli miqdarda hetit və limonit) üstünlük təşkil edir. Ümumi kimyəvi tərkibinə görə genetik qatların aydın fərqlənməsi müşahidə edilmir. Burada əsas yeri SiO tutmaqla profilboyu təxminən bərabər paylanmışdır. Onun nisbətən çox olması bioloji toplanma ilə əlaqədardır. Alüminiumun bu torpaqda kifayət qədər olması (bəzi hallarda 14-20%) torpaqdaxili aşınmanın intensiv getdiyini göstərir. FeO, torpaq profilində təxminən bərabər paylanmışdır. MgO-in profildə nisbətən çox olması Kiçik Qafqazın tipik qonur dağ-meşə torpaqları üçün səciyyəvidir. SiO₂ əvvəlkilərə nisbatan az, qalan oksidlərdən isə (MnO, SO, P₂O) xeyli çox olub, torpaq profili boyu təqribən bərabər paylanır. Tipik qonur dağ-meşə torpaqlarında SiO2-nin Al₂O-ə nisbəti 8,7-6,0, SiO-nin Fe O-ə nisbəti 15,7-21.9. SiO-nin RO-ə nisbəti isə 3,8-4,1 arasında dəyişir. Molekulyar nisbətlərin bu cür dəyişməsi yüksək aşınmanın getdiyini va podzollaşma əlamətlərinin tamamilə müşahidə edilmədiyini, yuyulmanın zəif olduğunu bir daha sübut edir. Karbonat qalıqlı qonur dağ-meşə torpaqları yarımtipi. Bu torpaqlar tipik qonur dağ-meşə torpaqları ilə eyni bioiqlim şəraitində inkişaf etmişdir. H.Ə.Əliyev bu torpaqların meşənin yuxarı sərhədində, yuxarı hissələrdən gətirilmiş aşınma məhsullarının toplandığı sahələrdə, qırılmış meşə kənarlarında, M.E.Salayev Kiçik Qafqazın şərq və cənub-şərq hissələrində, eləcə də Həkəriçay hövzəsinin orta axınlarında geniş yayıldığını göstərir. X.H.Həsənov karbonat qalıqlı qonur dağ-meşə torpaqlarının Böyük Qafqazın cənub-şərq hissəsi üçün səciyyəvi olduğunu və çürüntülü karbonatlı dağ-meşə torpaqları ilə eyni sahədə yayıldığını göstərir, qonur dağ- meşə torpaqlarının nisbətən quraq iqlim şəraitində əmələ gələn yarımtipi kimi səciyyələndirir. Təsvir edilən torpaqlar əhəngdaşı, əhəngdaşı qumlucalar, konqlomeratlar, karbonatlı gilli şistlərin aşınma məhsulları yaxud karbonatlı çöküntülər üzərində, nisbətən isti şimal-şərq və şərq baxarlı işıqlı palıd-vələs, az hallarda fistıqlı-vələs meşələri altında inkişaf edirlar. Morfoloji quruluşunun xüsusiyyətləri, genetik horizontların müəyyən sistemi bu torpaqların əsas diaqnostik göstəriciləridir. Ümumiləşdirilmiş morfoloji təsvirdən aydın göründüyü kimi karbonat qalıqlı qonur dağ-meşə torpaqlarının profilinin üst hissəsində çox vaxt zəif parçalanmış və hələ öz ilkin formasını dəyişməmiş bitki qalıqlarından ibarət O, horizontu yerləşir. Bu horizont tədrican narın torpaq qarışıqlı qara-qonur rəngdə döşənək horizontuna (O) keçir. Bu horizontların qalınlığı relyef şəraitindən asılı olaraq dəyişir. Quru, eroziyaya uğramış yamaclarda onun qalınlığı az ola bilər. Üst qatda humusun miqdarı (5,9±1,6%) tipik qonur dağ-meşə torpaqlarında olduğundan aşağıdır. Humusun aşağı qatlara doğru kəskin azalması müşahidə olunur. Humusun tərkibi humat-fulvat, yaxud fulvat tiplidir. Humin turşularının fulvat turşularına nisbəti 0,6-0,7 arasında dəyişir. Humusun xeyli hissəsi kalsium və dəmirlə birləşərək üst qatda möhkəmlənir. Karbonat qalıqlı qonur dağ-meşə torpaqlarında azotun miqdarı humusa uyğun olaraq dəyişir (0,31-0,51%) C/N nisbəti isə 7-11 arasında tərəddüd edir. Təsvir edilən torpaqların səciyyəvi xüsusiyyətlərindən biri də karbonatların üst qatlardan yuyulmasıdır. Onlar 45-55 sm, bəzən isə daha çox dərinlikdə (70-80 sm) müşahidə olunur. Bu torpaqların üst qatlarında mühitin reaksiyası neytral və zəif qələvi, alt qatlarda isə qələvidir. Bu da, əsasən, profilin karbonatlılığı ilə əlaqədardır. Karbonat qalıqlı qonur dağ-meşə torpaqlarının udma tutumu kifayət qədər yüksəkdir. Bu torpaqlar digər yarımtiplərdən əsasların orta qatlarda daha çox toplanması ilə seçilir. Udulmuş əsaslar ən çox B (52 m-ekv), nisbətən az A. (41-45 m-ekv), ən az isə C horizontunda müəyyən edilmişdir. Ca və Mg-un bu cür paylanması əsasən onların bioloji toplanması və qismən akkumulyativ qatdan orta qatlara yuyulması ilə əlaqədardır. Bu torpaqlar üçün səciyyəvi cəhətlərdən biri dəyişən H və mütəhərrik Al və Fe O-un yalnız üst qatlarda olmasıdır. Bozqırlaşmış qonur dağ-meşə torpaqları yarımtipi. Bu yarımtipa daxil olan torpaqlar əsasən meşə talalarında qırılmış meşələrin yerində, nisbətən isti, mülayim-rütubətli şimal-şərq baxarlı yamaclarda inkişaf etmişdir. Bozqırlaşmış qonur dağ-meşə torpaqları ilk dəfə S.A.Zaxarov (1924) tərəfindən ayrılmışdır. Kiçik Qafqazda bu torpaqlar M.E.Salayev tərəfindən təsvir edilmişdir. Şəmkirçay və Gəncəçay arasında inkişaf edən bu torpaqlar dağ meşələrinin aşağı sərhədinə qədər düşərək dağ qara torpaqlarına keçir. H.Ə.Əliyev (1964) bu torpaqların Böyük Qafqazın şimal-şərq hissəsində, Quba-Qusar və Dəvəçi rayonlarında, 1300-1400 m-dan yüksəkdə yayıldığını qeyd edir. Tədqiqatçılar bu torpaqların torpaqəmələgəlmə prosesində qara torpaqlara, yaxud dağ-bozqır torpaqlarına çevrildiyini qeyd edirlər. Böyük Qafqazın cənub yamacında bozqırlaşmış qonur dağ-meşə torpaqları qonur dağ-meşə torpaqlarının 10-94%-ni təşkil edir (G.Salamov, 1978). Meşələrin qırıldığı və seyrəkləşdiyi sahələrdə taxılkimilərin geniş təmsil olunduğu daha kserofil senozlar inkişaf etməyə başlayır. Bununla əlaqədar olaraq çimləşmə prosesi inkişaf edir. Çim qatının aydın ifadə olunduğu bozqırlaşmış qonur dağ-meşə torpaqları Böyük Qafqazın cənub yamacında yuxarı meşə qurşağının subalp seyrək park meşələri zolağında, qisman fıstıq və fıstıq-valos meşələri talalarında formalaşmışlar. Bu torpaqlar üçün aşağıdakılar səciyyəvidir: profilin orta qalınlıqda olması (30-40 sm); 4-5 sm-ə qədər qalınlıqlı çim qatı; dənəvar-topavari struktur; qonur rang; orta gillicəli qranulometrik tarkib; yumşaqvari-barkvari struktur, orta və alt qatların çınqıllı olması, keçidin nisbətən aydın olması; karbonatların olmaması, çəmən otlarının və qismən ağacların torpaqəmələgəlmədə iştirakı və s. Subalp çəmənləri altında bu torpaqların üst qatında humusun miqdarı 8-9%-dək çatır. Humusun tərkibində humin turşuları fulvoturşulardan artıq olur. Torpaqların reaksiyası zəif turş, turş və neytrala yaxındır. Bu torpaqların udma tutumu digər yarımtiplərlə müqayisədə nisbətən aşağıdır. Qranulometrik tərkibinə görə ağır gillicali növmüxtəliflikləri üstünlük təşkil edir.


Yüklə 70,92 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin