Sərbəst iş Mövzu: Ekskursiya rəhbərinin işi



Yüklə 61,15 Kb.
tarix24.12.2023
ölçüsü61,15 Kb.
#192804
bələdçixjxjxkx


A
ZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ HUMANİTAR KOLLEC



Sərbəst iş
Mövzu: Ekskursiya rəhbərinin işi
Fənn: Turizm marşurtları və ekskursiya işinin təşkili
Müəllim: P.Ü.D.F Abbasova Gülşən
Tələbə: Mehdiyeva Nuriyyə
Kurs: 3
Qrup: Tbt-022
İxtisas: Turizm bələdçisi


Bakı-2023

Plan


  1. Bələdçi kimdir?

  2. Bələdçilərin təhsili

  3. Bələdçinin vəzifələri

Ekskursiyalar turizmin ayrılmaz tərkib hissəsidir.


Azərbaycan turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün. Cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə bir çox faktorlardan asılıdır.
Bu baxımdan turizm-ekskursiya işinin təşkilində ekskursiya rəhbərinin rolunu ayrıca qeyd etmək lazımdır. Ekskursiya xidməti turistlərə təqdim edilən kompleks xidmətin ayrılmaz hissəsidir. Bu, həm yerli turistlər, həm də ölkəmizə gələn xarici turistlər üçün eyni dərəcədə gərəklidir: Turizm sektorunda ekskursiya xidməti mühüm əhəmiyyət kəsb edir.
1982-ci ildə ölkədə 42 mindən artıq ekskursiya bələdçisi qeydə alınmışdı. Əhalinin, xüsusilə, gənclərin əmək tərbiyəsində ekskursiyaların rolu yüksəlirdi. Səyahət və ekskursiya büroları şəbəkəsinin artması davam edir, bu da öz növbəsində uzaq rayonların əhalisinin ekskursiyalara cəlb olunmasına imkan yaradırdı. Ekskursiya xidmətinin səviyyəsini artırmaq məqsədilə, turizm-ekskursiya təşkilatlarının müxtəlif nazirlik və idarələrlə birgə fəaliyyəti möhkəmləndirilirdi. İlk növbədə SSRİ Mədəniyyət Nazirliyi, SSRİ Təhsil Nazirliyi, Tarix və mədəniyyət abidələrinin mühafizəsi Cəmiyyəti, yaradıcılıq ittifaqları nəzərdə tutulur. Bütövlikdə ekskursiya işi bu təşkilatlarla həmrəylik və sıx əməkdaşlıq zəminində aparılırdı.
Ekskursiya xidmətinin keyfiyyəti turist qruplarının qəbulu və yola salınması, turistlərin yerləşdirilməsi, qidalanması, onların ekskursiyalarda və digər tədbirlərdə iştirakı ilə müəyyən olunur: «Ekskursiya bələdçiləri turistlərə göstərilən əsas və əlavə xidmətlər haqqında məlumatlarla, qrup rəhbərinin hüquq və vəzifələri, turistlərin turizm kompleksində qalma proqramı və digər sənədlərlə yaxından tanış olmalıdırlar. Bundan əlavə, bələdçilər turistlərin gəlmə gününü, vaxtı və yerini, turistləri ölkəyə, əraziyə gətirən nəqliyyatın növünü, qrupu qarşılayan nəqliyyatı, yerləşdiyi mehmanxananın adını, ünvanını və təşkil olunmuş turist qruplarının xidmətinə aid olan hər bir şeyi bilməlidir
Bu xidmət informasiya-məlumatlandırıcı, təbliğat vasitəsi olmaqla yanaşı, həmçinin təşkilati, vasitəçi, ticarət, idman-əyləncə, bəzi hallarda operativ-nəzarət fəaliyyətini də əhatə edir. Ekskursiya latın sözü olub, Ekcursio- gəzib dolanmaq deməkdir. Ekskursiya rəhbərinin başçılığı ilə maraqlı və diqqətə layiq yerlərə və digər obyektlərə elmi və ya mədəni maariflənmə məqsədilə edilən gəzintidir. Ekskursiya bizi əhatə edən aləmi əyani dərk etmək prosesidir. Bu proses təbiətdə və qapalı yerdə əvvəlcədən seçilmiş obyektlərə baxış ilə əlaqədardır.Obyektə baxış, danışıqla ahəng təşkil edilməlidir.
Bələdçi işi sadə deyil. Şəhər barədə bir sıra tarixi və coğrafi faktları bilmək burda yetərli deyil. Həm də bir çox başqa keyfiyyətlərə - dözümə, səbrə, hazırcavablığa , yumor hissinə, öz şəhərinə və işinə sevgiyə malik olmalısan. Bu, şəksiz ki, tamaşaçıları maraqlandırmaqda yardımçı olur.
Turistlər müxtəlif cür olur, onalar əsasən şəhərin tarixi, İçərişəhərlə maraqlanırlar. Bununla yanaşı həm Rusiya, həm də keçmiş Sovet İttifaqına səyahətə çıxmış qərb turistlərini həm də ölkənin, onun sakinlərinin indiki həyatı maraqlandırır. Buna görə, Bakıda bu gün baş verən hər şeyin trendində olmaq lazımdır. Bələdçi işində öz üslubun, maraqlı detalın olmalıdır, bu, dinləyicilərə darıxmağa imkan verməməklə yanaşı, həmin bələdçini fərqləndirən nişanəyə çevrilir.
Ekskursiya bir qayda olaraq, ekskursiya bələdçisinin rəhbərliyi ilə kollektiv və ya fərdi şəkildə həyata keçirilir. Ekskursiya məhsulunun yaradılması – menecer və ekskursiya bələdçilərinin fəal iştirakını tələb edən mürəkkəb prosesdir.
“Yaxşı bələdçi “universal əsgər”dir”
Bələdçi (tur rəhbərləri, turizm təlimatçısı və s.) ekskursiyanın (proqramın) əsasını təşkil edir. Turda olan hər bir insan məlumat axtarır, lakin tarixlərin, rəqəmlərin və faktların axını ilə yanaşı, müsbət emosiyalar almaq, bir az əylənmək və tətilini şaxələndirmək istəyir. Bələdçilər “bələdçilik etdiyi” məkanın tarixini, mədəniyyətini, adət-ənənəsini, təbiətini, o cümlədən turistlərlə ünsiyyət qurduğu dili mükəmməl bilməlidirlər. Bu baxımdan onlara yalnız kitab və ya internet bilikləri kifayət etmir. “Yaxşı bələdçi “universal əsgər”dir” deyimi də bu baxımdan formalaşıb.
Təəssüf ki, “Necə yaxşı bələdçi olmaq olar?” sualı bizim bir çox turizm şirkətləri tərəfindən təşkil edilən daxili turlara çıxanlar üçün hələ də cavabsızdır.
Bələdçi-ölkəyə gələn turistlərin yüksək səviyyədə qarşılayıb, yola salan şəxsdir. Onlar ölkədə qaldığı müddətdə turistlərlə ünsiyyət qurur, şəhəri tanıdır, tarixi abidələrlə tanış edir, getmək istədikləri yerlərə istiqamətləndirir, bir sözlə bələdçilik edir. Ölkəyə gələn turistlərin yüksək səviyyədə yola salınmasında bələdçilərin rolu əvəzsizdir. Bu baxımdan bələdçi-tərcüməçilər və bələdçi-təlimatçılar peşəkar, dünyagörüşlü, insanlarla ünsiyyət qurmaq bacarığı olan şəxslər olmalıdır. Çünki bu turizm məhsulunun keyfiyyətinə təsir edir.
Bələdçilər turistlərə məlumat verən şəxsdilər. Onların iki mənalı məlumat verməməsi və ölkə tarixi haqqında səhv danışmaması üçün o, mütləq Azərbaycan vətəndaşı olmalıdır. Azərbaycanda təhsilalan xarici vətəndaşlar bələdçilik edə bilməzlər. Bələdçilik birbaşa turizmlə bağlı məsələdir. Turizmin inkişafı bir tərəfdən güclü infrastrukturun qurulması, müasir otel və istirahət mərkəzlərinin yaranması ilə şərtlənirsə, digər tərəfdən ölkəyə gələn turistlərin yüksək səviyyədə qarşılanması üçün bələdçilərin öhtəsinə ağır bir vəzifə qoyur.

B
ələdçilərin hazırlanmasında universitetlərin rolu böyükdür. Xüsusilə də, xarici dil səviyyəsi yüksək olan universitetlər – Bakı Slvayan, Dillər və Bakı Dövlət Universiteti bu işin öhtəsindən yaxşı gəlir. Azərbaycanda yüksək ixtisaslı bələdçilərin hazırlanması hazırda Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm və Menecment Universitetinin və digər müvafiq qurumların qarşısında duran ən vacib vəzifələrdən biridir. Bu səbəbdən Nazirlik mövcud problemləri aradan qaldırmaq və fəaliyyəti təkmilləşdirmək üçün mövcud tədbirlər planı hazırlayıb.


Turizm və Menecment İnstitutunun yanında bələdçi ixtisası üzrə üçayılıq kurslar təşkil edilir. Bu kursları keçmiş müdavimlər imtahan verirlər və səriştələrinin səviyyəsi meyarı kimi sertifikat alırlar. Amma gerçəklikdə qeyri-peşəkar bələdçidən sığorta olunmaq elə də sadə iş deyil. Sertifikatı olmayan bələdçilərin fəaliyyəti qanunsuz sayılsa da, indiyə kimi ixtisassız və ya sertifikasız xidmətə görə hər hansısa məsuliyyəti nəzərdə tutan qanun qəbul edilməyib.

Azərbaycanın turizm üçün cəlbediciliyi mümkün olan hər yerdə bəyan edilir. Amma indi turizm agentliklərinin əksəriyyəti xarici turizmə, yəni bizim turistlərin xaricə getməsinə istiqamətləniblər. Daxili turlar əsasən yerli istehlakçıya hesablanıb, ingilis dilində Azərbaycan rayonlarının gözəlliyini vəsf edən buklet və ya flayer tapmaq çox çətindir.


Turist qrupunun nümayis etdirilən obyektə necə yaxınlaşması və obyektdən alınan təəssürat, ekskursiyanın tərtib edərkən nəzərə alınmalı və bunun metodikasını ekskursiya rəhbəri işləyib hazırlamalıdır.
Turist qrupunda ekskursiyaçıların sayı, onun tərkibi, turistlərin milli mənsubiyyəti də ekskursiya xidmətinin keyfiyyətinə təsir göstərir: «Kiçik qrupu idarə etmək daha asandır və belə qrupa yaxşı nəzarət etmək olur. Əksinə, böyük qruplara rəhbərlik etmək çətinləşir. Belə halda turistlərin bir qismi üçün bədii qalereya, digərləri üçün tarixi abidələr, üçüncülər üçün isə ticarət obyektləri maraqlı ola bilər. Hamının istəyini yerinə yetirmək üçün ekskursiya bələdçisi bir növ dirijor rolunu ifa etməli və vaxtı elə bölüşdürməlidir ki, hər bir turist öz xüsusi istehlakçı zövqünü təmin etsin, yəni istədiyi yerə gedə bilsin, istədiyini görə bilsin. Belə hallarda yüksək xidmət səviyyəsini saxlamaq üçün ekskursiya bələdçisindən səbr, yüksək ünsiyyət mədəniyyəti və nəzakət tələb olunur.
Ekskursiya rəhbəri aşağıdakı tövsiyyələri nəzərə almalıdır:

  1. Marşurutun tərtib olunmasında turist qrupunun yerdəyişməsində vaxta qənaət olunmasına çalışmalı, obyektlərin bir-biri ilə əlaqəsi münasib və rahat olmalıdır.

  2. Çalışmaq lazımdır ki, ekskursiya marşurutunun başlanğıc və son məntəqəsi ekskursiyanin xarakterinə uyğun olsun.Başlanğıc məntəqə ekskursiya marşurutu ilə əlaqəli olmalıdır, bütün marşurutun ekskursiya materialını yekunlaşdırmaq və ümumilləşdirmək və bununla da ekskursiyanı son məntəqəsində tamamlamaq mühüm amildir.

Ekskursiyanın tərtib olunması və aparılması yaradıcı iş olmasına baxmayaraq, bəzi hallarda, ekskursiya təcrübəsi prossesində marşuruta dəyişikliklər, əlavələr daxil edilin təkmilləşdirilə bilər.
Bələdçi lisenziyası almaq üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm və Menecment universitetinin birgə təşil etdiyi kurslardan keçərək, atestasiya komissiyasının imtahanından məqbul qiymət almaq lazımdır.
Ekskursiya zamanı bələdçi nə qədər məlumatlı olsa da yalnız müəyyən məntiqi ardıcıllığa əməl etməklə o, öz işində uğur qazana bilər. Turizmdə çox sayda bələdçi öz intuisiyasına və keçmiş təcrübəsinə əsaslanaraq verilmiş tapşırıqları yerinə yetirər və işində uğurlu ola bilər. Təcrübə göstərir ki, yalnız təbiət və humanitar elmlər sahəsində yüksək məntiqi savada malik bələdçilər ekskursiyalarda tələb olunan informasiyanı tam və qüsursuz çatdıra bilirlər.
Turqrup rəhbəri olan bələdçinin hansı hüquq və vəzifələri oluğuna nəzər salaq.
Belə ki, ekskursiya rəhbəri:

  • Turqrup üzvlərini onların fiziki imkanları, bacarıq və vərdişləri, texniki imkanlardan istifadə bacarıqları və habelə onların qrup üzvləri ilə psixoloji uyğunluğu əsasında tərtib etməyə;

  • Lazım gəldikdə qrup üzvlərini tibbi baxışdan keçirməyə;

  • Marşrutu, onun yürüş üçün ehtimal olunan mürəkkəb yerlərini və aşılma yollarını öyrənməyə, müvafiq kartoqrafik materialları hazırlamağa;

  • Lazım gəldikdə qrupun məşqlərini keçirməyə borcludur.

Vəzifələri:



  • Tura qatılacaq qonaqları avtovağzalda, hava limanında və ya tur agentlik şirkətlərinin qarşısında qarşılamaq,

  • Hazırlanmış səyahət sənədlərini qonaqlara çatdırmaq,

  • Təyyarənin və ya tur avtobusunun gediş vaxtı və minmə qapısı kimi təfərrüatların qonaqlarla paylaşılması,

  • Səyahət vasitəsi təyyarədirsə, qeydiyyat prosedurlarında qonaqlar üçün vasitəçilik etmək;

  • Qonaqların tur maşınlarına minib- minmədiyini yoxlamaq və saymaq,

  • Səfər zamanı mümkün qədər turu tərk etmədən hərəkət etmək,

  • İlk təəssürat kimi qonaqlarla yaxşı ünsiyyət qurmaq vacibdir,

  • Qonaqlara təyinat şəhəri və ölkəsi haqqında məlumat vermək,

  • Turun sonunda qonaqlara öz istəklərinə uyğun səyahət etmək üçün vaxt vermək.

Turistlərdə gəldiyi ölkənin qonaqpərvərliyi haqqında ilk təəssürat onların qarşılanması zamanı yaranır. Bu mərhələdə turistlər onlara tanış olmayan mühitə düşür və ölkənin dilini bilmədikləri üçün sərhəd və gömrük işçiləri ilə münasibətlərdə çətinlik çəkirlər. Bu halda da onların köməyinə bələdçi gəlməli, bütün məsələlərin həllində turistlərə yardımçı olmalıdır.
Turizmdə bələdçinin əsas prinsipi müştərilərin ehtiyaclarını qarşılaşmaq və onlara məmnunedici xidmətin verilməsini təmin etməkdir. Turizm müəssisələrində xidmət keyfiyyəti və performansın ən yaxşı ölçülməsi isə müştəri məmnuniyyətinin təmin edilməsidir. Turizm müəssisələrində müştərilər məmnuniyyəti təqdim edilən xidmət və məhsullar ilə gözlədikləri məhsul və xidməti müqayisə edərək dəyərləndirirlər.
Ekskursiyalarda məmnuniyyətin qiymətləndirilməsi gerçək xidmət təqdimatı müddətində həyata keçirilir və ümumiyyətlə müştəri ilə xidməti təqdim edən bələdçi arasında bir qarşılıqlı təsir formalaşır.
Bələdçi qonaqlar qrupunun gedəcəkləri yerlər barədə məlumatlandıran şəxsdir. Bu baxımdan bələdçi turun təşkil olunduğu məkan barədə geniş informasiyaya malik olmalıdır. Bələdçi bununla bağlı informasiya toplama və təqdimat etmə xüsusiyyətlərini özündə cəmləşdirməlidir. Bələdçi tur təşkili zamanı hər bir xırda məqamlara fikir verməlidir. Yol boyu ekskursantları maraqlandıran sualları cavalandırmaq üçün, tur təşkil olunan məkana qədər yol xəritəsini bilməli həmçini tur marşurutunun keçdiyi bölgələr haqqında informasiyaya sahib olmalıdır. Bələdçi ekskursantların üida fasiləsi zamanı olduqları məkanın mətbəxi barədə informasiyayaları bilməlidir. Bu xüsusiyyətlər bələdçinin yüksək bacarıqlara, elmilik göstəricilərinə qadir olmasını göstərir. Bələdçi daima yeni informasiyalara açıq olmalıdır, daimə araşdırmalıdır. Bunu üçün bələdçi İKT biliklərinə sahib olmalıdır. İKT bilikləri bələdçiyə lazım olduğu zaman anında informasiya əldə etməsinə kömək edən bir bacarıqdır.
Əlavə ekskursiyaların seçimində, ekskursiya rəhbəri turistlərə kömək edir. Bunun üçün ekskursiya rəhbəri şəhəri və ərazini yaxşı bilməlidir. Bundan başqa ekskursiya rəhbəri əlavə ekskursiyaların mövzularını, yerli muzeylərin ekspozisiyalarını, iş vaxtını, daxil olama haqqı, sərbəst gəzintinin marşrutu, şəhər nəqliyyatınm işini bilməlidir. Ekskursiya rəhbəri turistləri ekskursiyaya hazırlamah, psixoloji əhval-ruhiyyə yaratmalı, dini yerləri ziyarət edərkən turistlərə geyim formasını tövsiyyə etməlidir.
Obeyktlərin nümayişi zamanı metodiki üsullardan istifadə olunmasında bələdçinin potfelinin əhmiyyəti və rolu böyükdür.Hər ekspanatın – fotoşəkil rəsm, rəsm reproduksiyası, portret, çertiyoj, sənət surətinin öz sıra nömrəsi var. Buda ekskursiyaçılara nümayiş edilən eksponatların ardıcılığını müəyyən edir. Ekskursiya bələdçisi eksponatı ekskursiyaçılara öz yerindən göstərə bilər, yaxud avtobusda daha yaxından tanış olmaq üçün cərgə ilə ekskursiyaçılara ötürə bilər.

Ekskursiyanın metodiki hazırlanmasına əsasən bələdçi audio və video kasetlərdən istifadə edə bilər. Aparatların saz və işlək vəziyyətdə olduğunu lazımı lent yazılarının olduğunu öncədən yoxlamaq lazımdır. Bələdçi bu aparatlardan istifadə olunma qaydasını bilməlidir.




Turoperatorlarla bələdçilərin birgə əməkdaşlığı olaraq Turoperator infoturlara bələdçiləri dəvət edərək marşrutun imkanlarını onlara göstərir. İnfotur zamanı əsasən yerləşmə obyektləri bələdçilərə göstərilir. İştirakçılar birgün ərzində yaxın ərazidə 4-5 yerləşdirmə obyektiilə tanışolur. Turoperator əməkdaşlıq etdiyi bələdçilər vaxtında və lazımi miqdarda tərtib etdiyi kataloqları göndərməlidir. Böyük həcmli turoperatorlar hər il özturları haqqında ətraflı kataloqlar hazırlayırlar. Orada turların qrafiki, qiyməti, nəqliyyatın iş cədvəli, topdan satış güzəştlər və başqa turların təşkili ilə əlaqədar məlumatlar çap olunur.


Ekskursiyaçıların yerdəyişməsi (avtobusdan obyektə, obyektdən avtobusa, obyektlər arasında hərəkət) qrup halında həyata keçirilir. Qrupun mərkəzində ekskursiya bələdçisi olmalıdır, bir neçə nəfər öndə, bir neçəsi yan tərəflərdə, qalanları isə arxa tərəfdə hərəkət edir. Qrup dağınıq olmamalı, qabaqda gedənlərlə, arxada gedənlərin arasındakı məsafə 5-7 metrdən artıq olmamalıdır. Ekskursiya bələdçisi marşrut üzrə qrupun mütəşəkkil hərəkətinin pozulmamasına nail olmalıdır. Qrup üzvləri dağınıq halda olduqda, ekskursiya bələdçisinin yol boyu izahını, şərhlərini, məntiqli keçidlərini eşitmək çətinləşir.
Təcrübəli bələdçilər qrupun marşrut üzrə hərəkətini baca rıqla idarə edirlər. Qrupun hərəkətinin surəti, qrupun tərkibindən (uşaqlar, gənclər, orta yaşlı, ahıl yaşlı insanlar), ərazinin relyefindən (məsələn, dağa qalxmaq, abad olmayan yollarla irəliləmək və s.) asılıdır..
Piyada ekskursiyalarda nümayiş obyektləri bir-birinə yaxın yerləşdikdə, ekskursiyaçtların hərəkət surəti az olur, ağır addımlarla qrup tələsmədən irəliləyir.
Avtobus ekskursiyalarında qrupun lazımı hərəkət tempinin təyin edilməsi daha mürəkkəbdir. Bələdçi avtobusdan düşərək tələsik hərəkət etmir. Xüsusən obyektin aralıda yerləşdiyi ərazidə, o, ekskursiyaçıların əksəriyyətinə avtobusdan çıxmağa imkan yaradır, sonra tələsmədən qrupun önündə obyektə doğru hərəkət edir. Obyektə çatdıqda, bütün qrup yığıldıqdan sonra bələdçi danışmağa başlayır.
Ekskursiyaçıların avtobusa qayıtması zamanı, qrupun avtobusa doğru hərəkətinin önündə ekskursiya bələdçisi gedir.
Ərazini yaxşı tanıyan bələdçi olmadıqda sıx meşə və dağlıq ərazilərdə itmək ehtimalı ola bilər. Bəzən hətta həmin ərazini yaxşı tanıyanlar belə dağlıq relyefdə aza bilirlər. Belə halların baş verməməsi üçün professional bələdçilərin olması vacibdir.
Turistlər ölkəmizə gəldikdə bələdçini Azərbaycanın səfiri qismində görürlər. Ona görə də onların əksəriyyəti bələdçi xidməti üçün müraciət edirlər. Bəzi turistlər hətta onlayn formada bələdçi seçə bilirlər.
İstehsalat ekskursiyasının hazırlanması və aparılıması ilə əlaqədar ekskursiya rəhbəri istehsalatın bir sahəsini seçməli, bu sahəüzrə ixtisasını artırmalı metodikanı öyrənməlidir. Hər bir müəssisədə ekskursiyalara yalnız müəssisənin rəhbərinin əmri və sərəncamı ilə icazə verilir. Ekskursiya rəhbəri təşkilata gələn ekskursiya Sumqayıt texnologiya parkı qrupu ilə tanış olur qrupun tərkibini ümumi-texniki hazırlığını müəyyənləşdirir və qrupun xüsusi marağını öyrənir. Sonra ekskursiya rəhbəri əsas qaydalar və təhlükəsizlik texnikası barədə məlumat verir. İstehsalat ekskursiyasını aparan ekskursiya rəhbəri çalışmalıdır ki, istehsalat prosesində ekskursantlar ekskursiyanı yaxşı eşitsinlər və görsünlər. İstehsalat ekskursiyasını aparan ekskursiya rəbərinin hazırladığı iki amil mühümdür. İşlədiyi müəssəni mükəmməl bilməli və metodikanı öyrənməlidir.
Planlı ekskursiyalar aylar və günlər üzrə bölüşdürülür, onlar turist təşkilatı və turist bazaları, məktəblər, təşkilatlar arasmda bağlanan müqavilələrin yerinə yetirilməsi məqsədilə həyata keçirilməlidir. Bu cür ekskursiyaların keçirilmə mıiddətləri qabaqcadan təyin oluna bilər. Təşkilatlardan daxil olan birdəfəlik sifarişlərə əsaslanan ekskursiyalar, adətən, növbəti həftəyə planlaşdırılır. Hər iki ekskursiya növii həyata keçirmə planma yalnız sifarişçidən ödəniş alındıqdan sonra daxii edilir. Bu zaman ekskursiyanın keçirməsi cədvəlinə yalnız ekskursiya idarəsinin rəhbəri, həmin ekskursiyanı ekskursiya rəhbəri və nəqliyyatla təmin etməsinə əmin olduqdan sonra daxil edilməlidir.
Bələdçinin öz işini sevməli olduğunu deməyə ehtiyac yoxdur. Üstəlik, o, Vətənə böyük sevgi hiss etməli, daim özünü təkmilləşdirməli, yeniliklərə meyilli olmalı, öyrəndiklərini daimi bölüşmyəə çalışmalı, öz ölkəsini fəal təbliğ etməli, qəlbindəki Vətən sevgisinin qığılcımını kənar müşahidəçilərin qəlbində də oyatmalıdır. Boş yerə demirlər ki, evinizə gəlmiş qonağı sevgi ilə qarşılasanız, özü ilə sevgi aparacaq, nifrətlə qarşılasanız özü ilə nifrət aparacaq.
Kommersiya baxımından turların təşkili yaxşı biznesdir, amma bu biznes heç zaman bələdçinin işinin əsas qayəsinə zidd olmamalıdır, axı bələdçidən ötrü Vətənin imici maddi gəlirdən daha önəmlidir.
Ekskursiyaların keçirilməsi üçün ekskursiya rəhbərlərinin təyin olunmasını dispetçer həyata keçirir. Ekskursiyanm keçirilməsinə sifarişlərin yazılması üçün dispetçer jurnalının vahid forması olmalıdır.
Dispetçer jurnalının aparılması, yəni onun doldurulması, dispetçerə həvalə olunur. Jurnalın bütün sütunlarının düzgün doldurulması ekskursiyaların təşkili işinin nizamlanmasma, ekskursiya rəlıbərlərinin əməyinin daha yaxşı təşkil olunmasma kömək edir.
Ekskursiya rəhbəri tərəfindən turist. Təşkilatlarının mühasibatlığına ödənmə məqsədilə təqdim edilən bütün yol vərəqələri (bəzi mənbələrdə «putyovka» da yazılır) dispetçer jurnahnda qeydiyyata salınmahdır. Jurnalda yol vərəqəsinin nömrəsi, ekskursiya rəhbərinin-icraçının soyadı qeyd olunur. Tapşırıq-putyovkanın alınması haqqında icraçıdan mütləq qəbz alınmalıdır. Ekskursiyanın ödənməsi haqqında sütun düzgün doldurulmalı, ödəniş tarixi və mədaxil sənədinin nömrəsi qeyd olunmalıdır. Ekskursiya rəhbərlərinin əməyi işəmuzd qaydası ilə ödənilir.
Ekskursiyanın keçirilməsi üçün verilən vahid yol vərəqəsi (putyovka) keçirilən ekskursiyaların dəqiq qeydiyyatını aparmağa, onlann turist təşkilatı tərəfindən ekskursiya rəhbərinə vaxtlı vaxtında, tam ödənilməsinə zəmanət verir.
Ekskursiya rəhbəri bilməlidir ki, yol vərəqəsi (putyovka) ekskursiyanın keçirilməsinə yol vərəqəsini (putyovkanı) yazan işçiııin imzası və ekskursiya idarəsinin möhüıü olmadığı halda etibarsız sayılır.
Tapşırıq-yol vərəqələrinə (putyovkalara) əsasən ekskursiya rəhbəri turist təşkilatmın sərəncamına uyğun olaraq ayda bir-iki dəfə haqq-hesab cədvəlinin birinci hissəsini şəxsən doldurur və burada həmin ekskursiya rəhbəri tərəfındən keçirilmiş bütün ekskursiyalar xronoloji qaydada qeyd edilir.
Haqq-hesab cədvəli aşağıdakı formada tərtib olunmalıdır:
Ekskursiyalarm bilavasitə keçirilməsi (müşayiət olunması) üçün sərf olunmuş iş saatlarının hesablanması və ayhq əmək haqqının hesablaııması üçün haqq-hesab cədvəli tapşırıqlarla birgə istifadə olunur.
Tapşırıqların əlavə edildiyi haqq-hesab cədvəli ekskursiya rəhbəri tərəfindən imzalanır və müəyyən edilmiş müddətdə yerinə yetirilmiş işin yoxlanması məqsədilə ekskursiyalar şöbəsinə təqdim edilir.
Bundan sonra haqq-hesab cədvəli tapşırıqlarla bərabər əmək haqqının hesablanması üçün ınühasibat təqdim edilir.
Ekskursiya bələdçisindən nəinki zəngin ümumi mədəniyyətə, həm də əsaslı iqtisadi hazırlığa malik olmağı tələb edir. Çünki o, müəyyən marşrut üzrə səyahət proqramını, ekskursiya qiymət cədvəlini, maliyyə hesabatlarını tərtib etməyi bacarmalıdır.
Bələdçinin xarici dil hazırlığı da əsas şərtdir, əks halda, o, xarici turistlərlə birbaşa əlaqə yarada bilməz. Bələdçi nə qədər çox dil bilirsə, turizm mütəxəssisi kimi öz ölkəsinin nüfuzunu daha da yüksəltmiş olur.
Bələdçi üçün xarici turistlərin milli istehlakını, mədəni məişətini, adət və ənənələrini bilmək çox önəmlidir. Ekskursiya xidməti prosesində o, qrupun sosial-psixoloji durumu ilə yaxından tanış olmalıdır. Çünki vaxtında turistlərin zövqlərinə, istəklərinə və əhval-ruhiyyəsinə öz münasibətini bildirməlidir. Bir sözlə, turistlərə göstərilən xidmətlərin səviyyəsi bələdçinin bilik və təcrübəsindən çox asılıdır.
Artıq çox illər boyunca işləyən peşəkar bələdçilərlə yanaşı, hələ sovet illərindən şəhərin tarixi ilə yaxından tanış olmayan, öz işinə yetirəncə laqeyid yanaşan, sərişitəsiz «zorən» bələdçilər də çoxdur. «Son illər Azərbaycan turizmində yüksəliş yaşanır. Bu yaxınlarda bura çox sayda ərəb gəlmişdi, Rusiyadan çox sayda qonaqlar olur. Buna görə də hazırda bizdə bələdçi və ekskursiya rəhbəri çatışamzlığı müşahidə edilir.
turistlərin çoxu şəhərə gələn zaman artıq onun tarixi, mədəniyyəti, görməli yerləri barədə məlumatlı olurlar, buna görə də ekskursiyanı şəbəkədən necə gəldi götürülmüş məlumtlarla aparmaq alınmır.
İstifadə olunan ədəbiyyat siyahısı
Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH-Bələdçilik
Əli Cabbarov-Turizm marşrutları və ekskursiya işinin təşkili, Bakı-2017
Bahadur Bilalov-Turizm fəaliyyətinin tənzimlənməsi, Bakı-2006
http://anl.az/down/meqale/medeniyyet/2010/iyul/127311.htm
Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH- Ekskursiya rəhbəri


Yüklə 61,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin