Sərbəst iş Müəllim: Məmmədov Habil Fənn: Müasir diplomatiya


DİPLOMATİYA VƏ DİPLOMATİK XİDMƏT ANLAYIŞI



Yüklə 79,38 Kb.
səhifə2/5
tarix04.12.2022
ölçüsü79,38 Kb.
#72216
1   2   3   4   5
diplomatiya

DİPLOMATİYA VƏ DİPLOMATİK XİDMƏT ANLAYIŞI
Diplomatik xidmət digər dövlət fəaliyyət kateqoriyalarından özünəməxsus xüsusiyyətləri ilə fərqlənən dövlət xidmətinin müəyyən bir növüdür. Diplomatiyanın özünün nə olduğunu aydınlaşdırmadan bu xüsusiyyətlori dəqiqləşdirmək və müəyyənləşdirmək mümkün deyildir. Məhz buna görə də əsas məsələ - «diplomatiya» anlayışının müəyyən edilməsidir. İlkin mənada diplomat - «diplomu» olan şəxs demək idi. Qədim Romada yunan terminologiyasına körə «diplom» - əyalətə və ya xaricə göndərilən rəsmi şəxslərə senat tərəfindən verilən zəmanət və ya etimadnaməyə deyilirdi. Beynəlxalq həyat hadisələrindən bəhs edərkən, xarici siyasət, diplomatiya, diplomatik xidmət anlayışlarından tez-tez istifadə olunur. Bəzən bunlara tam oxşar və heç bir fərqli cəhəti olmayan anlayışlar kimi yanaşılır. «Diplomatiya» anlayışından çox hallarda ən müxtəlif, bəzən hətta sözün həqiqi mənasından uzaq mənalarda istifadə olunur. Məşhur ingilis diplomatı və publisisti Q. Nikolson qeyd edir ki, danışıqda «diplomatiya» sözündən bir sıra tamamilə müxtəlif əşyaları adlandırmaq üçün istifadə oluiur. Nəhayət, bu ifadə beynəlxalq danışıqlar aparılarkən göstərilən bir çox xüsusiyyətlərin - yaxşı mənada məharəti, pis mənada isə bu işlərdəki hiyləni ifadə edir. Bununla belə, göstərilən anlayışların yaxınlığı və onların bir-birilə daxili əlaqəsi olsa da, hər birinin real məzmunu ilə müəyyən edilən, cəmiyyətin həyatındakı rolunu və əhəmiyyətini əks etdirən özünəməxsus mənası vardır.
Xarici işlər sahəsində dövlət idarəetməsinin anlayışı
XX əsrin ilk illərində ölkəni bürümüş böhranlı vəziyyət, xalqımızın düçar olduğu çətinlik və məhrumiyyətlər indi arxada qalmış, yoxsulluq və işsizliyin səviyyəsi mini-muma enmişdir. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Xarici işlər sahəsində dövlət idarəetməsi - Azərbaycan Respublikasının qonşu və xarici ölkələrlə siyasi, iqtisadi, mədəni və s. əlaqələrinin yaranmasına və inkişaf etdirilməsinə yönəlmiş səlahiyyətli dövlət orqanlarının (vəzifəli şəxslərin) fəaliyyətidir.
Xarici işlər sahəsində dövlət idarəetməsinin məqsədi demokratik dövlətin qurulmasına, dünyada müharibənin qarşısının alınmasına və bütün ölkələrin dinc yanaşı yaşamasına, habelə özünün dövlət maraqlarının müdafiə edilməsinə, iqtisadiyyatda bazar münasibətlərinin yaradılmasına və möhkəmləndirilməsinə köməklik edən beynəlxalq şəraitin yaradılması və təmin edilməsinə yönəlmişdir.
Xarici işlər sahəsində dövlət idarəetməsi dedikdə, Azərbaycan Respublikasının qonşu və xarici ölkələrlə siyasi, iqtisadi, mədəni və s. əlaqələrinin yaranmasına və inkişaf etdirilməsinə yönəlmiş səlahiyyətli dövlət orqanlarının (vəzifəli şəxslərin) fəaliyyəti başa düşülür.
Xarici işlər sahəsində dövlət idarəetməsinin məqsədinə aid edilir:
• demokratik dövlət quruсuluğunun davam etdirilməsi;
• bütün ölkələrin dinc yanaşı yaşaması;
• dünyada müharibənin qarşısının alınması;
• dövlət maraqlarının müdafiə edilməsi;
• iqtisadiyyatda bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi və s.
Xarici işlər sahəsində dövlət idarəetməsinin prinsiplərinə aiddir:
• digər xarici ölkələrin daxili işlərinə qarışmamaq;
• digər xarici ölkənin sərhədlərinin və ərazi bütövlüyünün pozulmamağı əsası;
• bir-birinə qarşı güc tətbiq etmədən və yaranmış mübahisələrin sülh yolu ilə həll edilməsi;
• qarşılıqlı faydalı əməkdaşlıq;
• xalqların bərabərliyi və s.



Yüklə 79,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin