Xarici işlər sahəsində dövlət idarəetməsinin təşkilati-hüquqi formaları Xarici işlər sahəsində dövlət idarəetməsinin aşağıdakı təşkilati-hüquqi formaları fərqləndirilə bilər:
Diplomatik nümayəndəliklərin təşkili və fəaliyyətinin təmin edilməsi üzrə fəaliyyət; Diplomatik və konsul əlaqələrinin təşkili üzrə fəaliyyət;
Beynəlxalq müqavilələrin bağlanmasının təşkili üzrə fəaliyyət;
Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi üzrə fəaliyyət.
Xarici işlər sahəsində dövlət idarəetməsinin təşkilati-hüquqi formalarına aiddir:
Diplomatik nümayəndəliklərin təşkili və fəaliyyətinin təmin edilməsi üzrə fəaliyyət;
Diplomatik və konsul əlaqələrinin təşkili üzrə fəaliyyət;
Beynəlxalq müqavilələrin bağlanmasının təşkili üzrə fəaliyyət;
Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi üzrə fəaliyyət.
Diplomatik xidmət orqanlarında dövlət qulluğunun anlayışı, hüquqi əsasları və şərtləri Azərbaycan Respublikasında dövlət qulluğunun xüsusi növünə daxil olan sahələrdən biri də diplomatik xidmətdir. “Diplomatik xidmət” haqqında Azərbaycan Respublikasının 8 iyun 2001-ci tarixli Qanununa əsasən, diplomatik xidmət - Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyətidir. Diplomatik xidmətin dövlət qulluğunun xüsusi növünə aid edilməsi haqqında mövqe bildirərkən, qeyd edilməsi zəruridir ki, diplomatik xidmətin anlayışında bu məsələ öz həllini tapmayıb. Nəzərə alınması zəruridir ki, “Diplomatik xidmət” haqqında Azərbaycan Respublikası Qanununun preambulasında qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğunun xüsusi növü olan diplomatik xidmətin təşkilinin hüquqi əsaslarını, diplomatik xidmətdə olan dövlət qulluqçularının hüquqi vəziyyətini müəyyən edir. Adı çəkilən qanunda qanunvericinin bu mövqeyi deməyə əsas verir ki, diplomatik xidmət - dövlət qulluğunun xüsusi növüdür. Yeri gəlmişkən qeyd edilməsi məqsədəuyğundur ki, konsul xidməti Azərbaycan Respublikasının Konsul nizamnaməsi əsasında həyata keçirilən diplomatik xidmətin bir növüdür. Diplomatik xidmət orqanlarının vahid sistemini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin fəaliyyətini təmin etmək üçün yaradılan yardımçı təşkilatlar, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təhsil müəssisələri təşkil edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respubli-kasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir. “Diplomatik xidmət” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən diplomatik xidmət orqanları aşağıdakı əsas funksiyaları həyata keçirir: • Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edilməsi; • Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla iqtisadi, sosial, elmi-texniki, mədəni və başqa sahələrdə əməkdaşlığının inkişafına kömək göstərilməsi; • Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlarının aparılmasının və beynəlxalq müqavilələrin imzalanmasının təşkili; • yüksək dövlət və hökumət səviyyələrində dövlətlərarası mübadilələrin protokol təminatı; • xaricdə yaşayan həmvətənlərlə əlaqələrin inkişafına kömək göstərilməsi; • diplomatik və konsul imtiyaz və immunitetlərinin yerinə yetirilməsi üzərində nəzarətin həyata keçirilməsi; • Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiyanın Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vasitəsilə xaricdə yayılmasının təmin edilməsi; • Azərbaycan Respublikasının dövlət orqanlarının və Azərbaycan Respublikasında mövcud olan kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasının beynəlxalq vəziyyəti və xarici siyasəti haqqında məlumat-landırılması; • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qeydiyyatı, uçotu və saxlanması üzrə vahid dövlət sisteminin fəaliyyətinin təmin edilməsi; • Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrin depozitarisi funksiyalarının həyata keçirilməsi; • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidənin həyata keçirilməsi; • Xarici siyasət və beynəlxalq münasibətlər sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdirilməsinə və bu qanunvericiliyin Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəliklərinə uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması və s.