SəRBƏst iŞ Tələbə: Əlikram Xankişiyev Qrup



Yüklə 39,18 Kb.
səhifə2/8
tarix28.12.2021
ölçüsü39,18 Kb.
#48094
1   2   3   4   5   6   7   8
Vahid dövlət

Akvarium. Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir. Akvarium bir neçə variantda keçirilə bilər.

Akvarium”un keçirilməsinin 1-ci  variantı: Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, reqlamentə əməl etmək, bir-birinin sözünü kəsməmək və.s) müəyyən edilir. Şagirdlər 2 qrupa bölünür. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. Mövzumuzla əlaqədar olaraq müəllim Şagirdlərə Saci və Salarilər dövlətinin beynəlxalq aləmdə yeri və rolu ilə bağlı problemi ortalığa qoyur. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə  diskussiyanın müəyyən edilmiş qaydalara uyğun  aparıldığını  müşahidə edir.

Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.

Akvarium” un keçirilməsinin 2-ci  variantı: “Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və birinci  variantdan fərqli olaraq iştirakçılar bu zaman yalnız problemin “lehinə” olan dəlilləri söyləyirlər.

Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər,dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks dəlillərini hazırlayırlar.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici  və  daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.

Burada qrupların vahid fikrə gəlməsi önəmli deyil.




Yüklə 39,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin