Sorğu vərəqləri və müsahibə. Bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır.
Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur.
Müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır.
Bu üsullardan istifadə edərkən aşağıdakı mərhələlərin gözlənilməsi məqsədə müvafiq hesab edilir:
Problemi müəyyən etmək
İşi təşkil etmək (Sorğu və ya müsahibə keçirmək üçün suallar hazırlamaq)
Məlumatları toplamaq ( Sualların cavablarını toplamaq).
Əldə edilmiş məlumatları təhlil etmək və ümumləşdirmək
Beləliklə Azərbaycanda vahid dövlətin yaranması mövzusunu əldə olan məlumatlardan və vasitələrdən istifadə maksimum istifadə edərək müəllimin pedaqoji ustalığını ortaya qoyaraq dərsi təşkil edir. Bununlada dərsi faktlara, səbəb-nəticə əlaqələrinə əsaslanaraq mövzu analiz sintez edilir və sonda şagirdlər öz təfəkkürlərinin məsulu olaraq bəzi yanaşmalar ortalığa qoyur dəyərləndirmə aparılır.
İstifadə edilmiş ədəbiyyat:
M.M.Əmirov. Tam orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodikası (Ali məktəblərin tarix fakültəsi tələbələri üçün dərs vəsaiti). Bakı, 2011
İsmayılov İ. Təlimdə yeni informasiya texnologiyaları vasitələrindən istifadənin didaktik əsasları. Bakı 2005.
A.M.Nəzərov. Müasir təlim texnologiyaları. Dərs vəsaiti. ADPU-nəşriyyatı. Bakı-2012. 103 səh.
Veysova Z. Fəal (interaktiv) təlim: Müəllim üçün vəsait. Bakı, 2007.
VII sinf Azərbaycan tarixi dərslik Bakı 2018
VII sinf Azərbaycan tarixi metodiki vəsait Bakı 2018
Dostları ilə paylaş: |