Kublaşdırma. Bu, tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli öyrənilməsinə şərait yaradır. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır.
Bu metod müəllimə imkan verir ki, mövzunu, vəziyyəti ətraflı tədqiq etsin, şagirdlərin mürəkkəb və inteqrativ yanaşmalarına şərait yaratsın.
Kub düzəldilir.
Kubun hər üzünə verilən altı göstərişdən biri yazılır.
Müzakirə olunacaq mövzu müəyyən edilir.
Sinif 4-6 qrupa bölünür və hər qrupa mövzu üzrə bir göstəriş verilir.
Şagirdlər təlimatlandırılır.
Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edirlər.
Təıqdimat edirlər
Nəticə çıxarır, ümumiləşdirmə aparırlar və Yekun lövhədən asılır.
Mühazirə. Mühazirə məlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır.
Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədəmüvafiqdir:
Mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək,
Plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq).
Əyani və texniki vasitələrdən istifadə etmək.
Müəllim mühazirə prosesini verbal (suallar vermək) və vizual (şagirdlərin sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək) tənzimləməlidir.
Karusel. Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir. Nümunə olaraq qeyd edə bilərik ki, Azərbacanı vahid şəkildə birləşdirən Sacilər və Səlarilər dövlətinin həmin dövr üçün əhəmiyyəti və günümüz üçün prespektivləri sualını qoyur və müzakirəyə təqdim edir.
Dostları ilə paylaş: |