SəRBƏst iŞ TƏLƏBƏ: Eyvazova Nərmin Ənvər qızı faküLTƏ


Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili



Yüklə 64,22 Kb.
səhifə5/5
tarix02.12.2022
ölçüsü64,22 Kb.
#71843
1   2   3   4   5
mm nevvv

Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili.
FH komissiyası Respublikanın inzibati-ərazi bölgüsünə və sahə idarəetmə orqanlarının strukturuna müvafiq olaraq ərazi üzrə respublikanın şəhər, rayon və digər yaşayış məntəqələrini, istehsalat sahələri üzrə bütün nazirlikləri, baş idarələri və hər cür sosial obyektlərini əhatə edir:
1) rəhbər orqanlar;
2) gündəlik idarəetmə orqanları;
3) ətraf mühitə və təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr.
Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün qüvvə və vasitələr: rabitə və xəbərdarlıq sistemi və digər lazımi maddi-texniki vəsaitlər müəyyən edilmişdir.Komissiyanın əsas vəzifələri aşağıdakılardan ibarətdir:
Fövqəladə halların qarşısını almaq və onların nəticələrini zəiflətmək məqsədilə tədbirlər hazırlayıb həyata keçirmək;
Ətraf mühitə və təhlükə potensialı obyektlərdə daimi müşahidə ə nəzarətin təşkil edilməsi, fövqəladə hallarda baş verə biləcək vəziyyətin proqnozlaşdırılması və qiymətləndirilməsi;
Fövqəladə hallar yaranarkən idarəetmə orqanlarının, qüvvə və vasitələrin fəaliyyət göstərməyə daim hazır olmasını təmin etmək;
Fövqəladə hallara qarşı profilaktika tədbirləri görmək, qüvvə və vasitələri saxlamaq və təchiz etmək, xilasetmə işləri aparmaq və zərər çəkmiş əhaliyə yardım göstərmək üçün lazımi maliyyə, maddi-texniki vəsait ehtiyatları yaratmaq;
Fövqəladə hallar ehtimalı barədə xəbər və məlumatlar toplamaq, elə halların nəticələrinin aradan qaldırılmasına kömək göstərmək, sahəsində digər rayonların, regionların fövqəladə komissiyaları ilə qarşılıqlı fəaliyyəti təşkil etmək;
Fövqəladə hallar yaranərkən və onların nəticələri aradan qaldırılarkən fəaliyyətə rəhbərlik etmək və s.
Fövqəladə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sisteminin gündəlik idarəetmə orqanları aşağıdakılardan ibarətdir:
Fövqəladə hallara görə bütün səviyyədən onlar ərazi komissiyalarının növbətçi xidmətləri (deməli, bütün komissiyalar yanında növbətçi xidmətlər olmalı, onlar fəaliyyətə daim hazır halda saxlanmalıdır)
Nazirliklərin, baş idarələrin, sənaye və sosial təyinatlı obyektlərinin növbətçi-dispetçer xidmətləri (belə xidmətlər təhlükə potensiallı bütün obyektlərdə olmalıdır);
Bütün səviyyədən olan Mülki Müdafiə qərargahları;Respublikanın əhəmiyyətli xilasetmə qüvvələrinin və digər qüvvələrin növbətçi xidmətləri.
Fövqəladə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət sisteminin rəhbər orqanları (komissiyalar) və saydığımız bu gündəlik idarəetmə orqanları onun idarəetmə sistemini təşkil edir.
Fövqəladə vəziyyət zamanı xəbərdarlıq siqnalları Gözlənilən, yaxud baş verən fəlakət barədə əhalini vaxtında xəbərdar etmək mülki müdafiənin ən əsas vəzifələrindən biridir. Qəza haqqında xəbər verməyin qaydası onun miqyası və yayılma surəti nəzərə alınmaqla müəyyən edilir. Ümumiyyətlə MM sisteminində aşağıdakı xəbərdarlıq siqnallarından istifadə edilir:
1) hamıya diqqət
2) hava həyəcanı
3) hava həyəcanı sovuşdu
4) kimya həyəcanı
5) radiasiya təhlükəsi
Lakın bütün hallarda təhlükə haqqında xəbərdağlığın əsas vasitəsi radio və televiziya şəbəkəsidir. Adamların diqqətini tez cəlb etmək, həmçinin onların dərhal radio və televizorların ətrafına toplaşmasına nail olmaq üçün fövqəladə hallarda sirenlərdən, nəqliyyat vasitələrinin fit səslərindən istifadə etməklə səs siqnalları verilir. Belə siqnal «hamının diqqətinə» siqnalı adlanır.
Bu həyəcan siqnallarını eşidən kimi hamı dərhal radio və televizorları qoşaraq hökümət orqanlarının, mülki müdafiə gərargahının fövqəladı hadisə barədə verdiyi xəbər və məlumatləri diqqətlə dinləməlidir. Təhlükə haqqında xəbərlə birlikdə əhalinin davranış qaydaları barədə qısa və aydın məsləhətlər, göstərişlər də verilir.
Xəbərdarlıq siqnalları barədə qabaqcadan tam təsəvvür yaradılmalıdır. Bilmək lazımdır ki, təbii fəlakətlərin, habelə qəzaların növündən və bu zaman yaranan konkret vəziyyətindən asılı olaraq «hamının diqqətinə» siqnalından sonra mülki müdafiə qərargahı tərəfindən elan edilən məlumat və göstərişlərin məzmunu müxtəlif ola bilər. Buna görə də hər bir adam onları diqqətlə dinləməli, təmkinli olmalı, cəld və mütəşəkkil davranmalıdır.
Muharibə dövründə isə vəziyyət dəyişir. Düşmən hücumu barədə xəbəri əhaliyə hakimiyyət orqanları verirlər. Bu xəbər radio və televiziya, mətbuat orqanları vasitəsilə əhaliyə çatdırılır. Düşmən hücumu təhlükəsi yaranan dövrdə vəziyyət çox müxtəlif, bəzən isə xeyli mürəkkəb olur.
Müharibə zamanı düşmənin nüvə, kimyəvi, bakterioloji silahlar və başqa silahlar işlətmək qorxusu yarandıqda dərhal mülki müdafiənin xəbərdarlıq siqnalları verilir, bu məqsədlə radiodan, televiziyadan, bütün rabitə vasitələrindən, səs və işıq siqnllarından istifadə olunur. Belə hallarda «hamının diqqətinə» siqnalından sonra yaranmış vəziyyətdən asılı olaraq mülki müdafiənin «Hava həyəcanı», «Hava həyacanı» qurtardı, «Radiasiya təhlükəsi», «Kimya həyəcanı» siqnalları verilə

Nəticə
Beləliklə, bütün bu vasitələrdən istifadə rayonlarda, obyektlərdə təhlükə yarandığı barədə «Hamının diqqətinə!» xəbərdarlıq siqnalını əhaliyə çatdırmağın vahid sistemi yaradılır. Təbii fəlakət və qəza baş verən, yaxud, belə təhlükə yaranan hallarda, habelə düşmən basqını barədə əhalini xəbərdarlığın əsas üsulu radio və televiziya vasitəsilə şifahi xəbərlərin verilməsidir. Belə xəbərlərdən əvvəl hökmən «Hamının diqqətinə!» siqnalı elan edilməlidir. Əldə olan xəbərvermə vasitələrindən – elektrik və əl sirenalarından, yaxud bu siqnallar yazılmış maqnitofon lentindən, vallardan istifadə etməklə siqnalı, eləcə də «Hava həyəcanı», «Hava həyəsanı qurtardı», «Kimya həyəcanı», «Radiasiya təhlükəsi», həmçinin müxtəlif təbii fəlakət və istehsalat qəzaları barədə xəbərlərin məzmununu dinləyicilərə çatdırır, belə hallarda əsas davranış qaydalarına riayət olunmalıdir.
Təhlükə potensiallı obyektlər yerləşən sahələrdə isə, həmçinin lokal (məhəlli) xəbərdarlıq sistemi də yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir struktura birləşdirilmiş xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsədi – fövqəladə hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir.
Lokal xəbərdarlıq sisteminin quraşdırılması sxemi və iş prinsipi, məsələn, kimyəvi təhlükəli müəssisələrdə belə ola bilər: kimyəvi təhlükəli obyektin radiotranslyasiya (radioyayım) qovşağı-buradan yaşayış məntəqəsinə əvvəlcədən çəkilmiş xüsusi kabel xətti və son xəbərvermə vasitələri – elektrik sirenaları, küçələrdəki səsucaldan cihazlar və mənzillərdəki radio reproduktorlar. Burada elektrik sirenaları ancaq «Hamının diqqətinə!» siqnalını vermək, küçə və mənzil radio reproduktorları isə hadisə şifahi xəbər və məlumatları, eləcə də davranış qaydalarını elan etmək üçündür.


İstifadə olunmuş ədəbiyyatların siyahısı.
1. Mülki Müdafiə toplusu 1 saylı 1995-ci və 1996-cı illərin sayında;
2. Azərbaycan Respublikasının “MM haqqında” qanunu;
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli
193 saylı qərarı;
Yüklə 64,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin