SəRBƏst iŞ TƏLƏBƏ: tehran hüseynov


Beynəlxalq ekoloji təşkilatlar



Yüklə 70,6 Kb.
səhifə5/6
tarix16.05.2022
ölçüsü70,6 Kb.
#58184
1   2   3   4   5   6
Hüseynov Tehran umumi eko.sb

4.Beynəlxalq ekoloji təşkilatlar

Azərbaycan Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə edib ki, bu da milli və beynəlxalq sənədlərdə öz əksini tapıb. Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin artmasının dayanıqlı olması ölkə tərəfindən əsas prioritet qismində qəbul edilib. İnkişafın davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur. Müasir dövrdə yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin əsas istiqamətlərindən biri də qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsidir. Ekoloji siyasətin həyata keçirilməsinin təzahürü kimi respublikamızda müasir qanunvericilik bazasının yaradılmasını, ətraf mühit üzrə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi yolu ilə prioritet layihələrin tədricən realizə olunmasını qeyd etmək olar. Azərbaycanın iştirak etdiyi təbiətdən istifadə və ətraf mühitin mühafizəsi üzrə konvensiyalar, sazişlər, müqavilələr eyni zamanda milli ekoloji hüquqların mənbəyi və onun ayrılmaz hissəsi hesab olunurlar. Respublikamızın hər bir qanununda xüsusi fəsil və ya maddə vardır və orada bəyan edilir ki, əgər beynəlxalq müqavilələrdə milli qanunvericilikdən fərqli qaydalar nəzərdə tutulmuşdursa, bu zaman beynəlxalq sənədlərin qaydaları tətbiq edilir.

Beynəlxalq konvensiyalardan irəli gələn məsələlərin həllindən ötrü Prezident İlham Əliyevin sərəncamı ilə əlaqələndirici dövlət və mərkəzi icra orqanı təyin edilir. Bu təşkilatlar konvensiyalar üzrə beynəlxalq təşkilatlarla əlaqələr qurur, onların ölkə daxilində icrası ilə bağlı məsələlərin həllindən ötrü Nazirlər Kabinetinin qərarlarına uyğun fəaliyyəti təşkil edirlər. Konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərin həlli adətən aidiyyəti üzrə müvafiq icra orqanları və ya konkret təşkilata həvalə olunur. Konvensiya və Protokolların bir çoxunun icra mexanizmlərinin faydalanma, beynəlxalq və regional layihələrdə, proqramlarda iştirak, güzəştli investisiyaların, kreditlərin ölkəyə cəlb edilməsi imkanları mövcuddur. Milli Məclis tərəfindən qəbul olunmuş ətraf mühitlə bağlı bir sıra qanunlar, o cümlədən Milli Məclisin ratifikasiya etdiyi ekoloji beynəlxalq konvensiyalar bu sahədə mövcud olan boşluqların doldurulması üçün böyük imkanlar açır. Eyni zamanda mövcud problemlərin həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, BMTnin İnkişaf, Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı, Asiya bankı, Ümumdünya Vəhşi Təbiət fondu və s. Təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə iki tərəfli əməkdaşlıqlar qurulur. Azərbaycan ekoloji problemlərin həlli ilə bağlı 20-dən çox beynəlxalq konvensiyalara qoşulub və bu istiqamətdə işlər davam etdirilməkdədir. Hazırda bütün dünyada iqlim dəyişiklikləri məsələsi bəşəri bir problem olaraq aktual müzakirə edilir. Bu problemin həll edilməsi üçün 1992-ci ildə dünyanın 150 ölkəsi tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası imzalanıb. Konvensiyanın məqsədi atmosferdə istilik effekti yaradan qazların konsentrasiyasını stabilləşdirməkdən ibarətdir. İqlim dəyişmələri sahəsində konkret əməli tədbirlərin görülməsi məqsədi ilə Dünya birliyi ölkələri tərəfindən 1997-ci ildə Kioto Protokolu qəbul olunub. Azərbaycan Kioto Protokolunu 2000-ci ildə ratifikasiya edib. 2005-ci ildə ETSN İqlim Dəyişmələri üzrə Kioto Protokolunun Təmiz İnkişaf Mexanizmi layihələrinin həyata keçirilməsi üzrə milli səlahiyyətli orqan kimi müəyyən edilib.

Qeyd edək ki, Təmiz İnkişaf Mexanizmi layihələri Azərbaycan iqtisadiyyatının geniş spektrini əhatə edir. Energetika sahəsində enerji səmərəliliyi və yanacağa qənaət, neft və qaz çıxarma sahəsində səmt qazlarının yığılması, böyük şəhərlərdə bərk məişət tullantılardan metanın yığılması, alternativ və bərpa olunan enerji mənbələrindən (əsasən külək enerjisi) istifadə, meşəsalma və meşələrin bərpası, böyük fermer təsərrüfatlarında peyindən ayrılan metan qazının yığılaraq istifadə olunması və s. Layihələr TİM çrçivəsində həyata keçirilə bilən layihələrdəndir. Adı çəkilən layihələrdə karbon qazının azaldılması üçün böyük potensial vardır.

ETSN 2005-ci ildə İqlim Dəyişmələri üzrə Kioto Protokolunun TİM layihələrinin həyata keçirilməsi üzrə milli səlahiyyətli orqan təyin edildikdən sonra bu sahədə işlər daha da canlanıb. Bir çox xarici dövlətlər, özəl şirkətlər, banklar və firmalar TİM çərçivəsində layihələrin işlənməsi məqsədi ilə nazirliyə müraciət edib. Hazırda Azərbaycanda Təmiz İnkişaf Mexanizmi çərçivəsində bir sıra layihələrin sənədləşdirilməsinə başlanıb. Bunların içərisində “Az.DRES” istilik stansiyasının yenidən qurulması”, “Günəşli” neft yatağından aşağı təzyiqli qazın yığılması”, “Bakı şəhərində tullantılardan metan qazının alınması” kimi iri həcmli layihələr vardır.Artıq nazirlik TİM layihələrinə baxılması qaydalarını hazırlayıb və təsdiq edib. TİM üzrə alınacaq Sertifikatlaşdırılmış Tullantı Azalmalarının idarə edilməsi sahəsində bir sıra qanun layihələri baxılmaq üçün Nazirlər Kabinetinə təqdim edilib. TİM layihələrinin həyata keçirilməsi istiqamətində işlər bu gün də davam etdirilir.

Məlumdur ki, ölkəmizdə atmosferə atılan tullantıların başlıca mənbələrindən biri də neft-qaz sənayesidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(ARDNŞ) də bir neçə ildir ki, Kioto protokolu üzrə TİM çərçivəsində həyata keçirilən layihələrə qoşulub. ARDNŞ-dən “Paritet”ə bildirlib, şirkət hər il öz müəssisələrində atmosferə atılan zərərli qazların mənbələrini invertarlaşdırır.

2008-ci ildən etibarən ARDNŞ Dünya Bankının Qlobal qaz yandırılmalarının azaldılması üzrə Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşlarından biridir. 2010-cu ildə və qarşıdakı illərdə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi nəzərdə tutulur. Belə ki, bu il “Günəşli” yatağında sıxıcı kompressor stansiyalarının gücünün artırılması, yeni boru kəmərlərinin çəkilməsi və başqa tədbirlər nəticəsində havaya atılan aşağı təzyiqli qazın bütünlüklə yığılıb sistemə təhvil verilməsi təmin olunacaq. Bu da havaya atılan 1 milyard kubmetr qazın yığılması deməkdir. Eyni zamanda, şirkət tərəfindən avtomobil nəqliyyatı vasitələrindən atmosferə atılmalara nəzarət məqsədi ilə Bakı şəhərinin Səbail, Sabunçu və Suraxanı rayonları ərazisində 3 ekoloji ölçmə məntəqəsi yaradılıb.

Eyni zamanda Almaniyanın İqtisadi tədqiqat institutu ilə birgə “İqlim dəyişmələri sahəsində ARDNŞ-nin strategiyasının inkişaf etdirilməsi” planı hazırlanır. Görülmüş tədbirlər nəticəsində 2006-cı ildə 42 mln m3, 2007-ci ildə 17,6 mln m3 və 2008-ci ildə 191 mln m3 səmt qazının atmosferə atılan həcmi azaldılıb. Bundan başqa ARDNŞ tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ,Beynəlxalq Maliyyə Korporasiyası, Dünya bankı (DB), Qlobal Ekoloji Fond və başqa maliyyə və ətraf mühit təşkilatları ilə böhran səviyyəsində olan ekoloji problemlərin həlli üçün uzunmüddətli maliyyə və qrant layihələri həyata keçirilir.

Müasir dövrdə dünya birliyi ölkələrinin iqtisadi və siyasi münasibətlərində enerji təminatı və enerji daşıyıcılarından düzgün istifadə olunması problemləri ciddi rol oynayır. Durmadan artan neft-qaz hasilatı və onunla əlaqədar sənaye sahələrinin dinamik inkişafı planetimizdə ətraf mühitə mənfi təsirlərin artmasına, ekoloji tarazlığın pozulmasına səbəb olan başlıca amillərə çevrilmişdir. Buna görə də ekoloji məsələlərin həlli istiqamətində beynəlxalq qanunvericiliklərdən irəli gələn vəzifələrə ciddi yanaşmalı və ölkəmizdə onların tələblərinə riayət olunması təmin edilməlidir.

ETSN tərəfindən məişət tullantıları, “Milli biotəhlükəsizlik”, meşələrin qorunması, Xəzərin təmizlənməsi, çayların birgə idarə olunması, torpaqların davamlı idarə olunması, ekoloji maarifləndirmə və s. Layihələr də həyata keçirlib. Ümumi oaraq ETSN-nin həyata keçirdiyi belə layihələrin sayı 40-dan çoxdur. ETSN-dən aldığımız məlumata görə, 2009-cu ilin iyun ayında “Azərbaycan və Latviya hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş” imzalanıb. Bundan əlavə, 2009-cu ilin 17 iyulunda ETSN ilə Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) arasında “Təbii sərvətlərin davamlı idarə olunması sahəsində əməkdaşlıq” haqqında anlaşma memorandumu imzalanıb.

Eyni zamanda, “Azərbaycan Respublikası ETSN və Koreya Respublikası Ətraf Mühit Sənayesi və Texnologiyalar İnstitutu arasında Azərbaycanda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaşma Memorandumu” 2009-cu ilin sentyabrın 14-də Bakı şəhərində, 2009-cu il 16 sentyabr tarixində isə Seul şəhərində imzalanıb.Həmçinin Azərbaycan və Suriya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə ETSN və Suriyanın Ətraf Mühit Məsələləri Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmaq üçün müvafiq dövlətdaxili prosedurlardan keçmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib. Hazırda ETSN-nin ətraf mühitin qorunmasına yönəldilmiş səmərəli və məqsədyönlü fəaliyyəti beynəlxalq əməkdaşlıq sahəsində uğurla davam etdirilir. Yeri gəlmişkən, ETSN BMT-nin İnsan İnkişafı Proqramı ilə birgə qışlaqların, yaylaqların və meşələrin idarə edilməsi ilə bağlı layihə həyata keçirəcək. Mayın 15-də bununla bağlı nazirlikdə mətbuat konfransı keçirilib. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, Azərbaycanın ərazisinin 12 faizi meşə fondu, 56 faizi dövlət ehtiyat fondudur. Bu torpaqların əsasən icarə ilə fermerlərə verildiyini deyən nazir Azərbaycanda yarımköçəri maldarlığın mövcud olduğunu, heyvanların yayda dağlara, qışda isə qışlaqlara aparıldığını vurğulayıb. H.Bağırov həmçinin bildirib ki, qışlaqların, yaylaqların və meşələrin idarə olunması ilə bağlı beynəlxalq aləmdə qabaqcıl təcrübələr mövcuddur və Azərbaycanın bununla bağlı layihələrə ehtiyacı var. Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin direktoru səlahiyyətlərini icra edən Nura Həmlacı 1 ildən sonra başlanacaq layihənin pilot olaraq bir neçə ərazidə həyata keçiriləcəyini, layihənin nəticələri özünü doğruldarsa, tədbirlərin digər ərazilərdə də tətbiq olunacağını bildirib. O, həmçinin qeyd edib ki, maldarlıq və qoyunçuluqla məşğul olan fermerlər bu fəaliyyətlə mütəmadi məşğul olmaq istəyirlərsə, o zaman bu layihənin icrasına dəstək olmalıdırlar. “Otlaq və meşə sahələrinin davamlı idarə olunması” layihəsi torpaqların deqradasiyaya uğramasının və çox istifadə olunmasının qarşısının alınmasına, meşə, yaylaq, qışlaq torpaqlarının səmərəli idarə olunmasına imkan verəcək.


Yüklə 70,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin