Göstərdik ki, əzələ qüvvəsi daxili qüvvədir, yalnız bu qüvvə ilə mexanikanın 1-ci qanunu göstərir ki, hərəkət- yerləşdirmə ilə əldə edilməz. Hərəkət üçün mütləq xarici qüvvələrin təsiri lazımdır, yəni insanın başqa cisimlərlə əlaqəsi olmalıdır. Əks halda o, nə yeriyə, nə qaça bilər, nə də fəzada yerini dəyişə bilər. Qeyd etmək lazımdır ki, xarici və daxili qüvvə anlayışları nisbidir. Hər bir qüvvəeyni zamanda həm daxilidir, həm də xaricidir. Məsələn, ağırlıq qüvvəsi, dayaq reaksiyası hava və maye mühitin müqaviməti insan üçün xarici qüvvələrdir, ancaq yer kürəsi üçün daxili qüvvədir. Onlar insanın vəziyyətini və hərəkətini dəyişdirir, lakin yer kürəsinin öz oxu ətrafında hərlənməyə və günəş ətrafında hərəkətinə təsir edə bilirlər. Gərginləşmiş əzələnin dartma qüvvəsi bağlandığı sümüklər üçün xarici qüvvədir. Ancaq insan üçün daxili qüvvə sayılır, çünki bu qüvvə insan orqanizminin hissələri arasında təsir edir.