Sərbəst işlər İxtisas: 050107 İbtidai sinif müəllimliyi Qrup


Tərbiyə olunanların fəaliyyət məhsulları



Yüklə 90,36 Kb.
səhifə2/5
tarix25.12.2023
ölçüsü90,36 Kb.
#196075
1   2   3   4   5
pedaqoji ustalıq 3

Tərbiyə olunanların fəaliyyət məhsulları.
Pedaqoji bilik mənbəyi olan uşaq fəaliyyəti məhsulları müxtəlifdir. Fənlər üzrə uşaqların icra etdikləri işlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı onların yerinə yetirdikləri tapşırıqlar buraya daxildir. Məsələn, dil üzrə uşaqların yazdıqları imla, inşa və ya rəy mətnləri, ayrı-ayrı fənlərdən həll etdikləri məsələ və misallar, tərtib etdikləri planlar və xəritələr, quraşdırdıqları modellər, düzəltdikləri əyani vasitələr, becərdikləri bitkilər,hazırladıqları fotomontaj və fotostendlər, çıxardıqları divar qəzetləri və bülletenlər, muzey üçün topladıqları eksponatlar, tikdikləri paltarlar, hörmələr, çəkdikləri şəkillər, onların istehsal etdikləri müxtəlif məhsullar və s. şagirdlərin bacarıqları və qabiliyyətləri barədə, təlim və tərbiyənin necəliyi haqqında fikir söyləməyə əsas verir.
Şifahi xalq yaradıcılığı nümunələri.
Xalq təlim və tərbiyə haqqında, elm və bilik haqqında öz fikirlərini, istək və arzularını atalar sözləri və zərb məsəllərdə, nağıl və dastanlarda, bayatı və laylalarda, tapmacalarda və yanıltmaclarda, sanamalarda və sayaçı mahnılarda ifadə etmişdir. Bunların hamısı müəllim və tərbiyəçilər üçün zəngin pedaqoji bilik mənbələridir. Əvvəlki nəsillər onlardan bəhrələnmiş, bu gün də bəhrələnir, gələcəkdə də bəhrələnəcəklər.
Canlı söz.
Təlim, tərbiyə və təhsil iştirakçılarının söylədikləri fikirlər də pedaqoji bilik mənbələrindən biridir. Burada müəllimlərin və digər tərbiyəçilərin,şagirdlərin və valideynlərin, habelə pedaqoji prosesin digər iştirakçılarının dedikləri fikirlər, yaradıcılıq ideyları nəzərdə tutulur.Tədris və tərbiyə müəssisələrində həyata keçirilən pedaqoji proses pedaqogika elminin dəyərli mənbələrindən sayılır. Tədqiqatçı pedaqoji prosesi izləyərək fakt və hadisələrdən özünün tədqiat işləri üçün bir mənbə kimi istifadə edə bilər.Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu pedaqogika elminin mənbələri sırasındadır. Təhsil haqqında Qanun bütün təhsil işçiləri, pedaqoji kadrlar və təhsil sahəsində aparılan tədqiqatlar üçün rəhbər sənəd və dəyərli pedaqoji mənbədir.
“Qurani-Kərim” təlim-tərbiyə prosesində, pedaqoji tədqiqatların aparılmasında, pedaqoji əsərlərin, kitabların yazılmasında dəyərli bir mənbə hesab edilir. Bu müqəddəs kitabda elm, təhsil, mənəviyyat, əxlaq haqqında zəngin müdrik fikirlər vardır ki, yetişən gənc nəslin tərbiyəsində qiymətli tərbiyəvi mənbə kimi istifadə olunur.Qabaqcıl təlim-tərbiyə müəssisələrinin təcrübəsi pedaqoji mənbələrdən sayılır. Qabaqcıl pedaqoji təcrübə pedaqoji elmin dəyərli mənbəyi olmaqla zəngin pedaqoji bilik və təcrübə mənbəyidir. Bu təcrübə pedaqoji elmin inkişafında, təhsil prosesinin təkmilləşddirilməsində mühüm amildir.Heydər Əliyev irsi və İlham Əliyevin fikirlər dəyərli pedaqoji mənbələrdir. Təlim, tərbiyə və təhsil haqqında Ulu öndərimiz Heydər Əliyevin maarifçilik irsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilimizin, maarif və mədəniyyətimzin inkişafı ilə bağlı söylədikləri nitqlər, qiymətli pedaqoji fikir və ideyalar təhsilimizin inkişafında, pedaqoji elmin nəzəriyyə və təcrübəsinin zənginləşməsində dəyərli mənbələrdir.
Pedaqogikanın mənbələri bir sistem təşkil edir və kompleks şəkildə istifadə edilir.


Yüklə 90,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin