Beynəlxalq Konvensiya
Preambula
Razılaşmış tərəflər,
beynəlxalq yük daşımalarını yaxşılaşdırmaq məqsədilə,
yüklərin sərhəddən keçirilməsinə yardım etməyə diqqət yetirməyin
zəruriliyini nəzərə alaraq,
sərhəddə nəzarət tədbirlərinin müxtəlif nəzarət xidmətləri tərəfindən
həyata keçirilməsini qeyd edərək,
bu nəzarət növlərinin, onların məqsədlərinə və lazımi qaydada
aparılmasına zərər yetirmədən, səmərəliliyini azaltmadan, həyata
keçirmə şərtlərini müəyyən dərəcədə razılaşdırmağın mümkünlüyünü
nəzərə alaraq,
sərhəd nəzarətinin həyata keçirilməsi şərtlərinin razılaşdırılmasının bu
məqsədlərə nail olmaq üçün ən vacib vasitələrdən biri olduğuna əmin
olaraq,
aşağıdakılar haqqında razılığa gəldilər:
Dostları ilə paylaş: |