Maddə 8. İnformasiya mübadiləsi
Razılaşmış tərəflər, əlavələrdə göstərilmiş şərtlərə uyğun olaraq, müvafiq
xahiş olduğu halda, bu Konvensiyanın tətbiqi üçün lazım olan informasiya
mübadiləsini həyata keçirir.
Maddə 9. Sənədlər
1. Razılaşmış tərəflər bir-birilə və səlahiyyətli beynəlxalq orqanlarla
münasibətdə Beynəlxalq Millətlər Təşkilatının nümunə-formulyarına uyğun
olaraq tərtib edilmiş sənədlərin geniş istifadə olunmasına çalışacaq.
2. Razılaşmış tərəflər istənilən müvafiq texniki tərəqqidən istifadə etməklə
hazırlanmış sənədləri, formaları, əslinə uyğun və təsdiq olunması cəhətdən
rəsmi qaydalara cavab verməsi, həmçinin oxunaqlı və aydın olması şərti ilə
qəbul edir.
3. Razılaşmış tərəflər lazım olan sənədlərin müvafiq qanunvericiliklə tam
uyğun şəkildə tərtib və təsdiq olunmasını təmin edəcəkdir.
Dostları ilə paylaş: |