Fəsil II. Prosedurların razılaşdırılması
Maddə 4. Nəzarət növlərinin əlaqələndirilməsi
Razılaşmış tərəflər gömrük xidmətlərinin və digər nəzarət xidmətlərinin
imkan daxilində uyğunlaşdırılmış işini təşkil etməyi öhdəsinə götürür.
Maddə 5. Xidmətlərin sərəncamına verilən vəsaitlər
Razılaşmış tərəflər nəzarət xidmətinin lazımi fəaliyyət göstərməsi üçün,
onları imkan daxilində və milli qanunvericilik çərçivəsində aşağıdakılarla
təmin etməlidir:
a) daşıma tələblərini nəzərə almaqla kifayət qədər ixtisaslaşmış
personal;
b) nəzarətdən keçən nəqliyyat, yük növlərini və daşıma tələblərini
nəzərə almaqla, yoxlama keçirmək üçün zəruri olan avadanlıqlar və
qurğular;
v) vəzifəli şəxslərin beynəlxalq müqavilələr və sazişlərə, həmçinin
qüvvədə olan milli göstərişlərə uyğun olaraq fəaliyyət göstərməsi
məqsədilə, onlar üçün rəsmi təlimatlar.
Dostları ilə paylaş: |