Fəsil IV. Digər müddəalar
Maddə 11. İctimai qaydalar
1. Bu Konvensiyanın heç bir müddəası ictimai qaydalar, xüsusilə, ictimai
təhlükəsizlik, əxlaq və sağlamlıq nöqteyi-nəzərindən və ya ətraf mühitin,
mədəni irsin və ya sənaye, kommersiya, intellektual mülkiyyətin mühafizəsi
məqsədilə məhdudiyyətlər və qadağaların tətbiq olunmasına maneə yaratmır.
2. Bununla yanaşı Razılaşmış tərəflər, yuxarıda 1-ci bənddə göstərilən
tədbirlərin tətbiqi ilə əlaqədar nəzarətə, belə nəzarət növlərinin
səmərəliliyinə zərər vurmamaq mümkün olduğu halda, Konvensiyanın
müddəalarını, xüsusilə, 6—9-cu bəndlərin müddəalarını tətbiq etməyə
çalışır.
Dostları ilə paylaş: |