Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan



Yüklə 1,47 Mb.
səhifə5/32
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#2390
1   2   3   4   5   6   7   8   9   ...   32
Oktyabr inqilabı və Qafqaz
1917-cı il fevral inqilabı Qafqaz xalqları tərəfindən sevinclə qarşılandı. Qafqaz xalqları tarixi arzularının gerçəkləşəcəyini bu inqilab dolayısıyla xəyal edirdilər. Çar əsarətindən xilasolma, sosial islahatın həyata keçməsi, milli məsələlərin çözümü, savaş dolayısıyla ortaya çıxan fəlakətlərin sona çatması kimi istəkləri fevral inqilabından gözləyirdilər.

Qafqaz ordusunun başkomutanı Qranduk Nikola Qafqaz xalqlarının inqilabi hərəkətlərindən qorxurdu. Bu üzdən də Qafqaz xalqlarının dini qurumları və dini şəxsiyətləri ilə yaxınlaşmağı məsələhət görürdü. Ancaq qısa sürə sonra o, Rusiya genəl qurmaylığı başqanlığanda görəvləndirildi və Qafqazdan uzaqlaşdırıldı. Mart ayının 4-də Noi Jurdaniya başqanlığında işçilər nümayəndələrinin “soveti” təşkil edildi. Mart ayının 6-da əsgərlərin “soveti” təsis edildi. Bu iki “sovet” martın 26-da birləşdilər. Bakıda işçilərin nümayindəsindən oluşan “sovet” martın 6-da təsis edildi və Şaomiyanı qiyabı olaraq icraiyə komitəsinin başçısı olaraq seçdilər. 18-22 mart günləri arasında ilk konqrə təşkil edildi. Bu konqrəyə 17 Qafqaz soveti qatılmaqda idi. Sereteli və Çxeydze menşeviklərin sözcüsü idi. Jurdaniya menşeviklərin fikirləri ilə razı olduğunu bildirirdi. Menşeviklər deyirdilər ki, gerçəkləşməkdə olan inqilab sinfi inqilab deyildir. Onlara görə Çar rejiminin düşməsi işçilərlə burjuaziyanı bir-birinə yaxınlaşdıracaq və demokratiya yolunda uyumlu və birlikdə hərəkət imkanı doğacaqdır. Bu da öz-özünə Qafqazı da öz təsiri altına alacaqdır. Menşeviklərin bu görüşü Qafqaz bolşeviklərini rahatsız edirdi. Bolşeviklərin milli məsələlər və demokratiya ilə bağlı çözüm anlayışları menşeviklərin görüşü ilə uyğun gəlmirdi. Bu da sovetin iki müxtəlif cinaha parçalanmasına səbəb oldu.

Menşeviklərin istəkləri üzərinə keçici dövlət mart ayının 9-da öz nümayəndələrini Tiflisə göndərdilər. Bu nümayəndələr Xarlamov, Papacanov, Cəfərov, Preverzov (məşrutəci demokratlar) və Abaşidze (sosial demokrat) kimi şəxslərdən ibarət idi. Bunların hamısı əski duma məclisinin nümayəndələri idilər. Bunlar “Ozakom”1 adında Zaqafqaziya (Qafqaz ötəsi) bir komitə təsis etməklə görvlənmişdilər.Menşeviklər bu komitədə çox aktiv olmağa çalışırdılar. Bu üzdən də öz nümayəndələrini bu komitəyə yerləşdirməyi başardılar. Çxen Keli menşevik nümayəndəsi daxili işlərdən sorumlu oldu. Artıq o, bütün Qafqazda vəziyəti kontrol edə biləcək yetkiyə sahib idi. Aprelin 26-da Rusiyanın müvəqqəti hökümətinin baş naziri Lvov və xarici işlər naziri Povl Milikov tərəfindən bir bəyaniyə imzalanıb yayıldı. Bu bəyaniyəyə görə rus ordusu tərəfindən işğal edilən Qərbi Ermənistan bu bəyaniyə yayıldıqdan sonra bir başa keçici hökümətə tabe olurdu. Bu bəyaniyə 150 min erməniyə Ərzuruma, Vana və Bitlisə yerləşmələri üçün izn verir və imkan yaradırdı.

“Ozakom” Çar məmurlarının yerini doldurmaq üçün yeni komiserlər görəvləndirdi. Düzən bərqərar etməklə görəvli olan yeni orqanizm əski yasaları ləğv edib, yeni yasalar icra etmək kimi hüquqa sahib deyildi. Bu səbəbdən də milli problemlərin və milli sınırların aydınlığa qovuşması məsələsi müəssisan (qurucu) məclisin təşkilindən sonraya ertələndi. Ozakom xalqların sürətlə ortaya çıxan istəklərinə cavab verməkdə gecikdiyi üçün sevilməz duruma düşdü və iqtidarını itirdi. Ayrıca, işçi və əsgər “sovetləri” onu əvvəldən də qəbul etmirdilər. Bu gəlişmələr hərcümərcli bir vəziyətin ortaya çıxmasına meydan açırdı.

Fevral inqilabından sonra bolşeviklər və menşeviklər İşçi Sosial Demokrat Rusiya Partiyasında bir yerdə çalışırdılar. Martın 26-da Tiflisdə bolşeviklərin toplantısı keçdi. Bu toplantıda Kaftaradze, Nazartiyan, və Turşilidze kimi bolşeviklər var idi. Bütün toplantılarda bolşeviklər azlıqda olsalar da, aktiv şəkildə toplantılara qatılırdılar. Bolşeviklər hesab edirdilər ki, bu yolla xalqla əlaqəyə girə biləcəklər. Menşeviklərin hesabı isə başqa idi. Menşeviklər düşünürdülər ki, bu yolla bolşeviklərin ifrat söyləmlərini kontrol alıtına ala biləcəklər. Bu üzdən azlıqda olsalar da, bolşeviklərə qatılım izni verirdilər. Ancaq bu qarşılıqlı əməkdaşlıq çox az müddət davam etdi. Bolşeviklər 7-ci konferansından sonra sosialist cümhuriyətin qurulması ilə bağlı Leninin məşhur aprel tezislərini yaydılar. Bu konferansa Maxaradze və Tsxakaya kimi gürcü bolşeviklər də qatılmışdılar. Bu toplantıdan sonra bolşeviklərin Qafqazdakı təbliğatları güclənməyə başladı. Bolşeviklər menşevikləri müvəqqət hökümətlə işbirliyi etməklə suçlayırdılar. Leninin qərarları çıxdıqdan sonra menşeviklərdən uzaqlaşmağa qərar verdilər. İyun ayının 4-də menşeviklərdən uzaqlaşdıqlarını duyurdular və Rusiya İşçi Sosial Demokrat (bolşevik) Partiyasının fəaliyətini açıq elan etdilər. Bakı bolşevikləri də iyunun 24-də eyni hərəkətdə bulundular. Menşeviklər inqilabçı sosialistlərə yaxınlaşmaq məcburiyətində qaldılar. Menşeviklərin bu yaxınlaşması səbəb oldu ki, “sovetləri” öz kontrollarında saxlaya bilsinlər. İyul ayının 5-də tiflisdə üç min nəfərlik əsgər və işçinin qatılımı ilə bir nümayiş düzənləndi. Onlar menşeviklərin kontrolunda olan “sovetləri” dəstəkləyirdilər. Ancaq bu nümayişin kütlə üzərinə heç bir təsiri olmadı. Məhəlli dumanın seçimində bolşeviklər 7, menşeviklər 50 və inqilabçı sosialistlər 20 yer qazandılar. Bakıda bolşeviklər 19, musavatçılar, daşnaklar və inqilabçı sosialistllər 107 yer qazandılar. Aleksandropolda bolşeviklər 10 və digər təşkilatlar 80 yer qazandılar.

Bu arada üç il sürən savaş nəticəsində ölkənin iqtisadiyatı çox zərər görmüşdü. ərzaq qıtlığı var idi. Qiymətlər gündən günə artırdı. 1917-ci il Avqust ayının 10-da Tiflis soveti iqtisadi durumun çox çətin olduğunu duyurdu. Oktyabr ayının əvvəllərində kəndlərdəki iğtişaşları və özbaşınalıqları durdurmaq üçün hərbi və qeyri-hərbi dəstələrin təşkili qərarlaşdırıldı. Ancaq bu təşəbbüs nəticəsiz qaldı. Çxen Keli bu dəstələrin “Milli Qurtuluş Komitəsi” olmasını önərdi.

Bu qarışıq durumda bolşeviklər öz bölgə təşkilatlarının nümayəndələrini toplayıb mərkəzi bir orqanizm oluşduraraq seçimə girmə imkanlarını incələdilər. Bakıdan gələn 36 nümayəndə Filib Maxaradzenin başqanlığında 2-7 oktyabrda Tiflisdə bir araya gəldilər. Onlar 8366 nəfəri təmsil edirdilər. İçlərində ilk dəfə meydana çıxan Anastaz Mikoyan da var idi. Şaomiyan bu toplantıda çıxış edərək milli məsələlərə toxundu. Qafqazın erməni, gürcü və azəri olaraq müxtar milli bölgələrə bölünmə fikrini savundu. Ancaq Kaftaradze, Maxaradze, Oraxelaşvili Qafqazın bütünlüyündəndən yanaydılar. Bütün bu gəlişmələr özü-özlüyündə milli duyğuları Qafqazda daha da gücləndirməkdə idi. Milli şuraları təsisetmə fikri milli duyğuları sinfi duyğulardan üstün olan işçiləri də milli yönə sövq edirdi. Bolşeviklərin Rusiyanın şəhərlərindəki uğurları Qafqaz bolşeviklərinə moral verirdi. Ancaq Qafqazda orta sinif və işçilər bolşeviklərlə işbirliyi etmək düşüncəsində deyildilər. Əkinçilər bolşevik təmayüllü siyasi öhdəlik götürməkdən çəkinirdilər. Duma seçimində bir neçə bolşevik seçilə bildi. Oktyabr ayında keçiriləcək olan qurucular məclisi seçimi bolşeviklər üçün uğur və´d etmirdi. Bütün Qafqazda menşeviklərin 30 faiz, daşnakların 20 faiz, musavatçıların 19 faiz rəylərinə qarşı bolşeviklər, yalnızca 8 faiz səs qazana bilmişdilər. Bolşeviklər, yalnız Bakıda nisbi çoxluq əldə edərək 22 faiz səs qazana bilmişdilər.

Ermənilərin ofisi 1912-ci ildə Tiflisdə təsis edildi. Ermənilər rusların Qafqazdan çəkilmə xəbərini duyduqlarında türklərin qarşısında savunmasız qalacaqlarını düşündülər. Bu səbəbdən erməni ofisi bir mərkəzdən yönətilməsi üçün bütün erməni təşkilatlarının bir araya gəlməsini planladı. 1917-ci il sentyabrın 13-də Tiflisdə keçirilən erməni konqrəsinə 187 nümayəndə qatıldı. Bu konqrədə aşağıdakı qətnamə qəbul edildi:

Siyasi durum haqda: Şərqi Ermənistan Federal Rusiya Cümhuriyəti içində Qafqazın digər bölgələri ilə irtibatda olmalıdır. Qonşuları azərilər və gürcülərin sahib olacaqları haqqa ermənilər də sahib olmalıdırlar. Qərbi Ermənistan haqda: Qərbi Ermənistan erməniləri öz haqlarına çata bilmələri və öz haqlarını qoruya bilmələri üçün rus ordusunun himayəsi altında olmalıdır. Qafqaz cəbhəsi hansı yolla olursa olsun, güclənməlidir.2 Konqrənin sonunda 15 nəfərdən ibarət bir şura təşkil edildi və şuranın rəhbərliyi Avtis Aharoniyana verildi. Şura noyabr ayında müttəfiqlərdən yardım tələbində bulundu. Aharoniyan Odsada mövcud olan erməni komitəsi vasitəsi ilə Fransadan yardım istədi. “Aharoniyan rusları şərəfsiz və satqın adlandırır və ruslardan yardım istəmək niyətində deyil.”3 Noyabr ayının 23-də Fransanın Petroqrad səfirliyinin hərbi atəşəsi Petroqrad erməni komitəsinin nümayəndələri general Tiqranov, albay Məlik Parsadonov və yarbay Zavriyevlə görüşür. “Onlar fərari rus əsgərinin yerinə erməni əsgərlərinin Qafqazda yerləşməsi üçün yardım istəyirdilər.”4

Noyabr ayında gürcülərdən ibarət olan şura da təsis edilir. Gürcü şurası bəyan edir ki, keçən yüz ildə olduğu kimi gürcülər yenə də Rusiya ilə bir yerdə olmağı məsələhət bilir. Ancaq bütün millətin qəbul edəcəyi mərkəzi iqtidarın olmaması səbəbi ilə Şura Qafqazda ortaya çıxmış olan yeni dövlət orqanizmini, yəni Zaqafqaziya komisarlığını savunmaq qərarına gəlmişdir. Gürcü şurası aşağıdakı istəkləri təqib etməkdədir:



  1. Gürcüstanın tam olaraq özərkliyi və gürcü məclisinin təşkili.

  2. Qonşu dövlətlərin razılaşmaları ilə Qafqaz sınırlarının müəyyən edilməsi.

  3. Gürcüstanın və Gürcüstanda yaşayan digər xalqların və məzhəblərin (acarlar, abxazlar və digərləri) siyasi, iqtisadi, mədəni, məzhəbi özəklikləri.5

1917-ci ildə aprel ayının 15-20 arasında Bakıda Qafqaz müsəlmanlarının ilk konqrəsi keçirilir. Toplantı Rusiya müsəlmanlarının əməkdaşlığı və işbirliyini ön plana çəkir. Bu konqrənin sonunda Rusiyanın daxilində Azərbaycanın özərkliyi istənilir.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin