Sərnişin gəmiləri


Gəmi mexanizmlərinin mənzilləri



Yüklə 163,7 Kb.
səhifə27/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   23   24   25   26   27   28   29   30   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Gəmi mexanizmlərinin mənzilləri – bunlar maşınqazan, rumpel, refrijerator, nasos şöbəsi, yanğın stansiyaları, avariya elektrostsansiyası və s. mənzillərdir.
Bunların ən böyüyü – maşınqazan şöbəsidir (MQŞ). Burada baş mühərriklər buxar qazanları, əsas elektrostansiya və köməkçi mexanizmlərin əksəriyyəti yerləşdirilir. Teploxod­lorda MQŞ adətən korpusun bir bölməsini tutur. Bölmənin yuxarı hissəsində şaxta yerləşir. O açıq göyərtəyə çıxır və işıq lyuku ilə qurtarır; sonuncu kiçik kominqslə çəpərlənir və MQŞ təbii işıqla təmin etmək üçün şüşələnmiş qapısı olur. Təmir vaxtı ağır detalları lyukdan qaldırıb və aşağı salırlar.
İndiki gəmilərdə MQŞ-nin daxilində səsi izolyasiya edən şüşəbənd yer düzəldilir. Burada energetika qurğusunun idarə edilməsinin mərkəzi postu yerləşdirilir. MQŞ-nin üst hissəsinin hər iki bortuna çıxışları və tunelin şaxtasından avariya çıxış yolu olur. Buxar və yaxud böyük energetika qurğuları olan gəmilər MQŞ iki və bir çox şöbələri tuta bilər. Məsələn, güclü qazan qurğuları olan buxar gəmilərində və tankerlərdə buxar qazanlarını və onları təmin edən mexanizmləri göyərtəyə çıx­maq üçün maşından aralı xüsusi çıxışları olan qazan şöbəsində yerləşdirirlər.
Xidmət-təsərrüfat mənzilləri – bunlar gəmi emalat­xana­larıdır; dülgərlik, mexaniki, elektro və radio emalatxanalar; gəmi təmin edilmə ambarları: şpiker, fənər, rəngsazlıq, maşın ambarı. Bu mənzillərin əksəriyyəti lakın üst hissəsində və göyərtə daxmalarında olurlar; mexaniki emalatxana və ambar-maşın şöbəsi rayonunda. Fənər və rəngsaz şöbələrinin metal arakəsmələri və açıq göyərətəyə çıxmaq üçün yolları olur.
İnzibati mənzillərə - gəmi dəftərxanası, müdüriyyət, kinobudkası, mətbəə və s. aiddir.
Ekipajın və sərnişinlərin mənzilləri – bu mənzillərin ölçüləri və təchiz olunması dəniz gəmilərinin sanitariya qayda­larına görə qanunlaşdırılır.
Vəzifələrinə görə ekipajın və sərnişinlərin mənzilləri bölünürlər; - yaşayış üçün, ictimai, təsərrüfat, sanitariya-məişət və tibbi.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin