Gəmi ehtiyyatlarının və ballastın şöbələri – Yanacaq, sürtgü yağı (смазочный), qazanlar və məişət ehtiyacları üçün şirin su həcminin ballast qəbul etmək üçün diblər arasındakı şöbələr, gəminin ucları, diptanklar istifadə olunur. Yanacağın bir günlük ehtiyyatı da maşın şöbəsinin sisternlərində saxlanılır.
Bəzi şöbələr ikitərəfli vəzifələr üçün istifadə olunur. Məsələn: reysin başlanğıcında, yanacaq qəbul edirlər, lakin istifadə olunandan sonra həmin şöbələrə ballast doldururlar. Yük ambarlarında yerləşən ballast diptankları çox vaxtı, yük daşımaq ümün istifadə olunur. Bu halda onların enli lyukları olur, daxili isə metal rıbinslərlə təchiz edilir.
Reqistrin qaydalarına görə içməli şirin su gəmilərdə xüsusi əlavə strinqerlərdə saxlanılır. Onlar ikinci dibdən yuxarı yerləşdirilir və xarici borta başqa mayelərin sisternləri ilə əlaqəsi olmur. Adətən şirin su sisternləri gəminin korma hissəsində axterpikin üstündə yerləşdirilir.
Maye ehtiyyatları və ballastın sisternləri göyərtəyə çıxarılan hava və ölçü boruları və həmçinin onlarda olan mayenin səviyyəsini kontrol etmək üçün distansiya cihazları ilə təchiz olunurlar.
13. Xidmət və yaşayış mənzilləri
Xidmət mənzilləri bölünürlər: gəmini idarə edən mənzillər, gəmi mexanizlərinin mənzilləri, xidmət-təsərrüfat və inzibati mənzilləri.
Gəmini idarə edən mənzillər – şturman rubkası, sükan rubkası, radiorubka, qirokompas, laq və lot rubkaları, avariya, yanğın postları və s.
Əsas xidmət postu gəmini idarə edən körpüdə (ходовой мостик) yerləşən sükan rubkasıdır. Burada sükan tumbası, qirokompas repinteri, yol maqnit kompası, radiolokator, maşın teleqrafı, baş mühərrikin distansiya idarəsinin pultu və başqa avadanlıqlar qoyulmuşdur.
Sükan rubkasının yanında tol xəritələrini, müxtəlif naviqasiya cihazlarını və alətlərini saxlamaq üçün şturman rubkası yerləşmişdir. Burada xəritələrlə işləmək üçün xüsusi şturman stolu qoyulmuşdur. Bir çox gəmilərdə hər iki mənzillər birləşdirilib bir mənzil ilə əvəz edilir və naviqasiya rubka adlanır.
Gəmini idarə edən körpünün göyərtəsində qaydaya görə alınan xəbərlərin tezliklə şturmana çatdırılmasını təmin etmək üçün radiorubka yerləşdirilir.
Dairəvi görünüş sahəsinin təmin olunması üçün sükan rubkası rayonunda gəmini idarə edən körpünün bortlara qədər uzanan cihazları olur. Bundan başqa sükan rubkasının damında əlavə olaraq idarə postu olur və yuxarı körpü (верхний мостик) adlanır. Buradan dar yerlərdə manevr edərkən şturman gəmini idarə edir və həmçinin astronomiya müşahidələrini aparır.