İolko sistemli şlyupbalka daha da mükəmməldir. Onun iki vinti var: aşağı vintin biryollu burulqanı, yuxarı vint isə çoxyolludur. Tutacaq fırlanarkən əvvəlcə ancaq aşağı vint fırlanır. Şlyupbalka vertikal vəziyyətə gəlib, bortdan kənara çıxmağa başlayarkən, aşağı vint axıra qədə burulub çıxarılır və vtulka ilə birlikdə fırlanmağa başlayır. Vtulkda yuxarı vinti burub çıxaracaq və şlyupkanın bortdan çıxma sürəti xeyli artacaqdır.
Qvartasiyalı şlyupbalkalar indiki gəmilərdə xilasedici şlyupkaları endirib və qaldırmaq üçün istifadə olunur (şək.75).
Şəkil 75. Qravitasiya tipli şlyupbalka. 1-şlyubka; 2-hərəkətdə olan şlyupbalka; 3-hərəkətdə olan teleqa; 4-əyilmiş rels; 5-tros; 6-lebyodka; 7-diyircək üçün kəsik; 8-diyircək
Onların köməyi ilə bu əməliyyatlar tez və rahat yerinə yetirilir. Tormozu verərkən şlyupka öz ağırlığının təsiri ilə şlyupbalka ilə birlikdə istiqamətverici relslərlə sürüşür və aşağı gedir. Öz-özünə və yaxud təsadüfən tormoz verilərsə, xəbərdarlıq etmək üçün onun sığorta quruluşu olur. Sakit havada gəmi dayanarkən şlyupkanın endirilməsi heç bir çətinliklə əlaqədar olmur. Dalğada və yaxud gəminin kiçik hərəkətində bu mürəkkəb və olduqca təhlükəli əməliyyatdır. Onun müvəffəqiyyəti şlyupkada və həmçinin gəminin bortunda olan ekipajın üzvlərinin dəqiq, uyğun və müntəzəm hərəkətlərindən və dəniz praktikasında təkmilləşmiş bütün tələblərin yerinə yetirilməsindən asılıdır.
Şlyupka lebyodkalarıloparları tormozlamaq məqsədi ilə şlyupkaları həm qaldırmaq, həm də endirmək üçün işlədilir. Lebyodkalar motorlu (adətən elektrik) və motorsuz olurlar. Motorsuzlar yük lebyodkasından gələn trosu və yaxud pnevmatik ötürücü ilə hərəkətə gətirilir.
Şlyupka lebyodkasının əsas hissəsi reborda ilə iki hissəyə bölünmüş barabandır.
Onlara hər iki şlyupbalkadan loparlar sarılır. Hərəkət ötürücüdən barabana vintli reduktor vasitəsilə verilir. Şlyupka endirilərkən ötürücünü barabanın valından açmaq üçün ayırıcı mufta xidmət edir. Lebyodkanın barabanı lentli və mərkəzdən qaçan tormoz ilə təchiz edilmişdir. Lentli tormoz əl ilə boşaldılır. Mərkəzdən qaçan tormoz avtomatik təsir edir və şlyupkanın rəvan enməsini təmin edir.