Xilasedici sallar bərk və hava ilə doldurulmuş olurlar. Bərk sallar (şək.76) yüngül plastmasdan hazırlanır. Salın daxilində oturmaq üçün bir və yaxud ikiqat div olur. Sal istənilən tərəfi ilə üzə bilər. O, avarlarla, yelkən ilə təchiz olunur, pis havada insanları müdafiə etmək üçün isə ikiqatlı tent ilə, hansı ki, xüsusi qövslərdə qaldırılır. Tent qövslərlə birlikdə salın perimetri üzrə elə qoyulmuşdur ki, hər iki tərəfə qaldırıla bilər. Ərzaq ehtiyatı və başqa ləvazimat hər iki tərəfdə ağızı olan ikiqat dibdə və yaxud suburaxmayan konteynerdə yerləşdirilir.
Şəkil 76. Bərk xilasedici sal. 1- üzməkamerası; 2- tent; 3-tenti bağlayan sezen; 4-trap; 5- konteyner; 6-daxili leyer; 7-ilmə Gəmilərdə hava ilə doldurulmuş sallar (şək.77) geniş istifadə olunur. Onlar çox-qatlı rezinlənmiş parçadan hazırlanır. Bu sallar bağlı vəziyyətdə göyərtəyə bərkidilmiş konteynerlərlə saxlanılır. Salllar 4-25 adam götürə bilər.
Şəxsi xilasedici vəsaitlər (şək.78).
Xilasedici qurşaqları probka tikəsindən və yaxud penoplastdan düzəldilib rənglənmiş parusina və yaxud sintetik parça ilə tikilir. Qurşağın xarici diametri 750mm, daxili 450mm, qalınlığı 100mm olur. Qurşağın perimetrinə leyer bərkidirlər. Xilasedici qurşağı narıncı rəng ilə boyayırlar, üstündə gəminin adı və limanın adını qeyd edirlər. Qurşaqların sayı gəminin tipindən və üzmə rayonundan asılıdır. Qurşaqlar leyerlərin və rubkaların divarlarında hər iki bortda bərabər vəziyyətdə qoyulur. Qurşaqların bir hissəsi işıqlanan buylarla və tüstülüağacla təchiz olunurlar və suya düşən kimi avtomatik sürətdə yanırlar.
Şəkil 78. Şəxsi xilasedici vəsaitlər; a-işıqlandırılmış buylarla xilasedici qurşaq; b-xilasedici canlıq; v-xilasedici kostyum-kombinezon; q-hava ilə doldurulmuş xilasedici döşlük.