Sərnişin gəmiləriŞəkil 19. Şpanqoylar a) ramalı; b) adi; 1) ambar şpanq; 2) tvindek Şəkil 20
Əgər gəmidə bir neçə göyərtə olsa şpanqoutları müxtəlif profilde seçirlər: Ambar şpanqoutunu ən çox gərginlikdə olduğu üçün daha böyük hündürlükdə düzəldirlər, göyərtədən yuxarı arakəsmələrin şpanqoutlarını kiçik profildə hazırlayır- lar. Tankerlərdə bort yığımının eninə sistemində seyrək yerləşdirilmiş enli bort strinqerlərini qoyurlar. Bunlara şpanqoutlar söykənirlər. Uzununa sistemdə bort yığımı seyrək qoyulmuş ramalı şpanqoutlardan və sıx qoyulmuş uzununa bort tirlərindən ibarətdir. Ramalı şpanqoutlar, florlar və ramalı bimslərlə birlikdə korpusun eninə bərkliyini təmin edən möhkəm şpanqout ramasını təşkil edirlər. Göyərtəaltı yığım – Eninə sistemdə o bimslərdən və karlinqslərdən ibarətdir. Bimslər baş istiqamətin tirləri olub, hər şpanqoutun üstündə qoyulur və knitsalarla ona bərkidilir. Karlinqslər gəminin uzunluğu boyunca gedir və bimslərin gərginliyini uzununa arakəsmələrə və pillerslərə verir – göyərtələrdə böyük kəsiklərin künclərində və ya ağır mexanizmlərin altında qoyulan adətən boruşəkilli kəsik vertikal dayaqdır. Onları karlinqslərin bimslərlə kəsişdiyi yerdə qoyurlar (şək. 20). Bort ilə yük lyukunun kominqsi arasında knitsalarla bərkidilmiş yarımbimslər qoyulur. Şəkil 21. Uzununa yığım sistemində gəminin göyərtə örtüsü; 1) kkarlinqs; 2) göyərtə altı bərklik qabırğaları; 3) ramalı bims; 4) ramalı bimsin divarlarının bərklik dayağı; 5) Karlinqsin bərkilik zonası; 6) Karlinqsin bərklik dayağı; 7) göyərtənin döşəməsi Uzununa sistemdə göyərtə yığımı (şək.21) baş istiqamətin tirləri olan bərkliyin uzununa göyərtəaltı qabırqalarından ibarətdir. Onların arasındakı məsafə dib qabırqalarının arasındakı məsafəyə bərabərdir. Göyərtəaltı bərklik qabırqaları ramalı bimslərə (yarım bimslərə) və eninə arakəsmələrə dirənir. Onların vertikal dayaqları aşağı ucu ilə dib tirinə söykənir, yuxarıdan isə göyərtəaltı tirin təzyiqini alır. Böyük tankerlərdə iki uzununa arakəsmə olarsa, diametral müstəvidə güclü göyərtəaltı tir qoyulur – qaytarma təbəqəsi, hansı ki, bu halda karlinqs olur (bax şək.21). Yüklə 163,7 Kb. Dostları ilə paylaş: |