Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə84/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   80   81   82   83   84   85   86   87   ...   101
Siz həmin yunansınız ki,

babalarinizdan fars qorxur, Troya tir-tir əsirdi.1

...

Mənim Elladam! Gözəlliyin sərdabəsi!

Süqutunda da ölməz, möhtəşəm.

De, sənin varislərin: oğulların, qızların,

Kimin hünəri ilə səfərbər olacaqdır?!2
Maraqlıdır ki, həmin möv­zu XIX əsrin digər görkəmli romantik şai­ri F.Hölderlinin «Hi­pe­ri­on» romanında da tərənnüm olunur. Höl­der­lin də qədim yunanların bö­yük ideallarını və xariqələrini yada salır. La­kin onun qəhrəmanı gu­ya türk­lər əleyhinə azadlıq mübarizəsinə qo­şulsa da, əslində qul­dur­lar­la əmək­­daşlıq etdiyi məlum olur. Yəni in­san böyük ideallarla yaşasa da, bu idealları bölüşmək üçün həmfikirlər tap­maq bəzən çətin olur. Əmin ər-Reyhaninin «Xalidin kitabı» əsə­rin­də də qəhrəman milli is­tiq­lal haq­qında düşünür və yenə də mübarizə ob­yektinin «istilaçı türklər» ol­du­ğu aşkara çıxır.

Bir çox tənqidçilər «Xalidin kitabı» əsərini də «Çayld Harold»la mü­­­qayisə edir və bir sıra uyğun cə­­hətlər görürlər. Amma tarixdən gə­­lən bir ümumi cəhət də vardır ki, yu­nan da, ərəb də məhz «türk is­ti­la­sı»­n­­dan xilas olmaq haqqında dü­şü­­nür. Daha doğrusu, bu düşün­cə­lər yu­­­­nan­ların özündən və ərəb xal­qın­­dan fərqli olaraq, üç böyük ro­man­tik şa­­­ir: Hölderlin, Bayron və Əmin ər-Rey­ha­ni tərəfindən dilə gə­ti­rilir. Yə­­ni ro­ma­n­tiz­min Böyük Fran­sız İn­qi­la­bın­dan qaynaqlanan mübarizə ru­­hu sanki özü­nə yeni bir döyüş səhnəsi ax­tarırdı. Və XIX əsrin coğ­ra­fi mə­ka­nın­da Osmanlı im­pe­riyası ən ge­niş ərazi əhatə et­di­yin­dən, is­ti­la­çı obrazına da ən çox türk­lər uy­ğun gə­lir­di.

Coğrafi-siyasi ba­xım­dan bu, doğrudan da, belə idi. Kə­nardan ba­xanda “istila” faktı, bir xal­qın mə­­də­niyyətinin başqası tə­rə­fin­dən sı­xış­dı­rılmasını da ehtiva etdiyindən mil­li mənlik uğrunda mü­cadilə qa­çıl­maz olmalıdır. Bay­ron da kənar­dan gəl­di­yi üçün belə dü­şünür və yu­nan­ların dincliyinə tə­əc­cü­blənir. Am­ma əs­lində yerli yu­nan­lar ona gö­rə dinc ya­şayırdılar ki, si­yasi ha­ki­miy­yət mə­dəni-mənəvi ha­ki­miy­yə­­tə çev­rilməmişdi və yu­nan­lar öz­­lə­rini məhz yunan diyarında, ərəb­lər də məhz ərə­b ölkəsində hiss edir­dilər. Os­man­lı imperiyası müxtəlif xalq­­la­­rın coğ­rafi-siyasi bir­li­yi ol­maq­la əs­lin­də həmin xalqları hərbi mü­­kəl­lə­­fiyyətdən azad etmiş, xarici tə­ca­vüz­­lərdən qo­ru­maq yükünü öz üzə­ri­nə götürmüşdü. Amma bu xalq­la­rın mə­də­niy­yə­ti­ni mənimsəmək və ya öz dinini, dilini, mədəniyyətini on­lara zorla mə­nim­sətmək si­ya­sə­ti yü­rüdülməmişdi. Əksinə, türk milli kim­lik məfkurəsi yetərincə for­ma­laş­ma­dığına görə, Osmanlı imperiya­sın­da milli mədəniyyətləri­nin bir sin­kre­tizmi var idi. Sadəcə kənardan ba­xanda mənzərə başqa cür görünür. Həm kənardan, həm də uzaq za­man mə­sa­fə­sin­dən ba­xan­da, hər şey iki­qat təhrif olunur. Ona görə də Al­maniyadan gəlmiş Höl­der­lin, İn­gil­tə­rə­dən gəlmiş Bayron yunanların rahatlığını başa düşə bilmir və on­ları acizlikdə təqsirləndirirdi. Amerikadan qayıtmış Əmin ər-Rey­ha­ni­nin arzuları və ide­alı da daha çox xaricdə kökləndiyi ro­man­­tik ab-ha­va­dan qaynaqlanırdı. Digər tərəfdən, o, imperiya əsa­rə­tin­dən xilas ol­maq­­la, gö­rəsən, nəyin ya­ra­dıl­ma­sı­nı arzu­la­yırdı? «Şərq ilə Qərb ara­sın­­da bü­tün coğrafi məkanı əhatə edən böyük bir ərəb im­periyası!»1 Bu iddia ər-Rey­haninin ümu­miy­yət­lə ərəb dün­ya­sı­nın keç­mişi ilə bağ­lı nos­talji hisslərindən irəli gə­lir­di. Halbuki, “bu keç­­miş” çoxdan tə­nəz­­­zül­lə əvəz olunmuşdu. Bütöv­lük­də Şərqə məxsus olan əta­lət ərəb dün­ya­­­sını da inkişafdan geri qoy­muş­du. Tə­­­sadüfi deyil ki, Əmin ər-Rey­­ha­ni­nin müasiri Cübran Xəlil Cüb­ran ərəb öl­­kəl­ə­rin­də­ki və­ziyyəti, ərəb dili və mə­­­dəniyyəti ilə bağlı problemləri Şərq-Qərb mü­­nasibətləri kontekstində, Qər­bin kor-koranə təqlidi ilə əla­qə­lən­di­rir: “Ərəb dili hər yerdə tədris dili de­yil, onun daxil edildiyi mək­­təb­lər isə sırf milli xarakter daşıyır. Məktəblər xeyriyyəçi cə­miy­yət­lərin, kon­fes­­si­onal komitələrin və dini missiyaların əlindən dövlətin əli­nə keç­mə­yə­nə qədər o, heç vaxt bütün elmlərin dilinə çevril­mə­yəcək.

Suriyada, məsələn, bütün təhsil sədəqə kimi Qərbdən alınıb, biz hə­­lə də ac və acgöz kimi bu dilənçi payının çörəyini yeyirik. Bu çörək bi­­zi yaşadır, amma həyat verməklə yanaşı həm də ölüm gətirir. Həyat ve­­rir, çünki bizim mənəvi qüv­və­lə­ri­mi­zi oyadır və ağlımızı tə­ra­vət­lən­di­rir; öl­dürür ona görə ki, düşüncələrimizi ay­ırır, birliyimizi zəiflədir, it­­tifaqımızı po­zur, icmamızı parçalayır. Belə ki, bi­zim böyük ölkəmiz xa­­rakterinə və meyllərinə görə müxtəlif olan kiçik müstəmləkə əra­zi­lə­ri­nə çevrilmiş­dir. Hər müstəmləkə bir Qərb mil­lə­ti­nə təhkim olunub, onun bayrağı altında yaşayır və onun şərəf və şöh­rə­tini tərənnüm edir. Ame­­rika məktəbində elmə yüngülcə yiyələnən gənc asanlıqla Ame­ri­ka­­nın nümayəndəsinə çevrilir. İezuit mək­təbində elm­dən halı olan gənc san­­ki Fransanın elçisi olur. Rus mək­tə­binin par­ça­sından tikilmiş köy­­nək ge­yinən gənc artıq Rusiyanı təm­sil edir.”1

Bəli, Qərb istilası daha məqsəd­yön­lü və ideoloji qata malik bir istila idi. Lakin Avropada tarixi yazanlar da, onların təsiri altına düşən şair­lər də istilaçı kimi daha çox türk obrazını görməyə meyilli ol­muş­lar.

Bayron böyük tarixi keçmişi olan yunanlarda indi daha əvvəlki qüdrətdən əsər-əlamət qalmadığını görüb, bunu qeyd-şərtsiz «türk is­ti­la­­sı» ilə izah edir. Halbuki, yunanlar əvvəlki əzəmətini çoxdan itir­miş­di və Çayld Haroldun seyr etdiyi qədim sarayların xarabalıqları da Os­man­­lı imperiyasının yaranmasından çox-çox əvvəl elə xaraba idi. Əs­lin­də orta əsrlərdə böyük sivilizasiya yaratmış ərəblərin də XX əsrin əv­vəllərində cəhalət və mövhumatdan əziyyət çəkməsi heç də “türk əsa­rəti” ilə izah edilə bilməz. Ən azı, ona görə ki, ərəblər də yunanlar ki­mi, öz əvvəlki qüdrətlərini Osmanlı imperiyasından xeyli əvvəl itir­miş­dilər. İkincisi, bu imperiya əslində Ərəb Xilafətinin varisi idi və bu­rada bütün əvvəlki dəyərlər sistemi qorunub saxlanırdı.

Gö­rü­nür, romantizmin realizmdən bir fərqi də budur ki, onun üçün gerçək tarixi faktlardan daha çox, ümumiyyətlə azadlıq ide­ya­sı­nın tərənnümü, onunla bağlı hər hansı hissiyyatın, təəssüratın ma­hiy­yə­tini gücləndiril­miş surətdə ifadə etmək daha vacibdir. Burada za­man-məkan mü­əy­yən­­li­yi önəmli rol oynamır. Lakin təəssüf ki, bunu hər dəfə oxucuların ya­dına salmaq çətin olur. Məsələn, tarixi yaxşı bil­mə­yən oxucu Çayld Ha­roldun «izahını» gerçək kimi qəbul edə bilər. Nə­zərə alsaq ki, bədii ədəbiyyatın oxucuları tarixi faktların oxu­cu­la­rın­dan qat-qat çox olur, onda bu cür təhriflərin ictimai şüura mənfi təsiri qa­çılmazdır. Bu məqamda reallığa söy­kənən romantizmin mücərrəd in­qilabi romantizmə nəzərən üstün­lük­ləri ortaya çıxır.

Aida İmanquliyeva yaradıcılığında poeziya kontekstində qal­dı­rı­lan Şərq-Qərb münasibətləri məsələsi, Şərq xalqlarının siyasi-iqtisadi, habelə mədəni-mənəvi azadlıq uğrundakı səylərini, arzu və ideallarını da əhatə edir. Onun apardığı müqayisəli təhlillər Azərbaycanın çağdaş ədəbi prosesi üçün də çox önəmlidir. Lakin Qərb təcrübəsi poeziya timsalındakı əlaqələrlə yanaşı, ümumiyyətlə düşüncə tərzlərinin yaxınlaşması yönümündəki tədqiqatlar üçün də xüsusi əhəmiyyətə malikdir.




Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin