Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə83/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   79   80   81   82   83   84   85   86   ...   101
Ey mənimlə mürgü vuran okeanlar,

Mən daha yatmayacağam, mən oyanmaq istəyirəm.

Mən indi sizin nəhayətsizliyinizi necə də gözəl duyuram,

Burada, dərinliklərdə indiyədək misli görünməmiş

böyük dalğalar və fırtınalar yetişir. 1
Lakin bu nəhayətsizlik, böyük dalğalar, fırtınalar əslində yalnız bir gücü simvolizə edir. Bu, insanın daxili aləmindən qaynaqlanan mə­nə­vi gücdür. Bu kontekstdə qaranlıq­la­rın öz bətnində saxladığı böyük güc po­ten­sialı da yada düşür ki, son nəti­cə­də bu güc işığın doguluşu ilə özünü bü­­ruzə verir.

İlk baxışda digər romantik şa­ir­­lə­rə nisbətən Uitmen xeyli də­rə­cə­də re­alistdir. Belə ki, o, uzaq keç­miş­­lər­dən və ya əlçatmaz gələcəkdən, mü­cərrəd göylərdən və ya na­mə­­lum üm­manlardan deyil, bu günün ger­çək­liklərindən, konkret bir döv­­lətd­ən, onun sahillərini yuyan hamıya mə­lum Atlantik okeandan və hət­­ta bu ölkədə gedən geniş quruculuq iş­lə­rindən, istehsalatdan bəhs edir. Onun dünyası – Amerikadır. Və bütün bunlar realizmə çox yaxın görünür.

Lakin diqqətlə yanaşdıqda Uitmen keçmişi də, gələcəyi də, göy­lə­ri də, dünyanın bütün ümmanlarını da öz ölkəsinin məkanına daxil edir. O. Bir ölkədən yox, bütün dünyadan bəhs edir. Sadəcə olaraq, bü­tün dünya, kainat bu ölkənin sonsuzluğuna və əbədiyyətinə yer­ləş­dirilir. Din də, mənəviyyat da, ilahi qüdrət də demokratik Amerikanın azadlıq idellarında əriyir. Onun dini – vətənə məhəbbətidir:
Heç kim və heç nə təkcə özü yaşamır,

Mən deyirəm ki, bütün yer və səmadakı bütün ulduzlar

ancaq din naminə mövcuddurlar.

... Amma mən bunu da deyirəm ki, həqiqi din

mənim dövlətimin qüdrətidir

Bu dindən kənarda nə bir həyat, nə bir varlıq vardır.2
İbn Ərəbidən 700 il, Fü­zu­li­dən 300 il sonra dini hisslə sev­gi­nin yeni formatda birləşdirilməsi! Və­tən sevgisinin ilahiləşdirilməsi! Həm də bu, artıq Şərq poetik ənə­nə­­­lə­rindən gə­lən sevgi deyil, praqmatik bir sev­gi­dir. Uitmen poezi­ya­sında eş­qin po­ten­sialı dövlət quruculuğu ide­al­­larına sublimasiya edir.

Əslində Uitmenin vəsf etdiyi vətən – coğrafi məkan deyil, azad­lıq və demokratiyadır. Təsadüfi deyil ki, o, Demokratiyanı da Mə­həb­bət və Dunlə bir sırada sadalayır. 1

Romantik pafos Uitmeni Amerika hüdudlarından çıxararaq klas­sik Şərqə aparır və burada o, Nəsimi ilə görüşür:
Bütün dünya məndə sığdı,

görünənlər və görünməzlər. 2

İnsan özündə olan daxili qüdrəti, mənəvi gücü və bu gücün “göy­­­­lərlə” əlaqəsini, tükənməzliyini duyanda yaşadığı dünyadan kəna­ra çıxmaq və bu dünyanı ehtiva etmək istəyir, dünyaya sığmazlıq hiss­i ya­şayır. Aida İmanquliyeva Uitmen poeziyasının ümumi ruhundan do­ğan bu qənaəti onun “Allahlar” şeirində daha aşkar şəkildə ifadə et­di­yi­­­ni nəzərə çatdıraraq yazır ki, Uitmen in­sanın özünü Allah adlan­dı­rır­dı.3 La­kin, əlbəttə, şair bu ideyaya Şərq tə­səv­vüf poeziyasında geniş ya­yıl­mış “Ənəl-Həqq” ideyasından fərqli bir yol­la gəlir. Burada insanın məq­sədi Al­laha yaxınlaşmaq, O-na çatmaq deyil, insanı həqiqətən özü­­nə bir ide­al, bir tanrı seçərək, dini hissi böyük hərflərlə İnsana pərəstiş duy­ğu­su ilə əvəz etməkdir.

Aida İmanquliyeva Əmin ər-Reyhanidə də Uitmen poeziyası ilə bən­zərliklər tapır. Hər iki böyük sənətkarın “şairin missiyası” haq­qın­da düşüncələri də üst-üstə düşür. «U.Uitmen belə hesab edir ki, şairin bor­­cu “xalqın rəhbəri olmaq və insanların arzularından bəhs et­mək­dir...”. Şair şəxsiyyətinə bu cür münasibəti ər-Reyhanidə də görürük. O, lirik personajının “mən” obrazında sanki bütün bəşəriyyətin amal­la­rı­­nı ifadə etməyə, özünün mənəvi fəaliyyətində onun hüdudsuz ya­ra­dı­cı imkanlarını təcəssüm etməyə səy göstərir. Ər-Reyhani şair obra­zın­da özünün ictimai və vətəndaş ideallarını təcəssüm etdirir».1


Aida xanimin yaradıcılığına müraciət etdiyi ən görkəmli ro­man­tik şairlərdən biri də Bayron idi. Yuxarıda göstərdiyimiz kimi, o, Bay­ro­nun Cayld Harold əsərini Əmin ər-Reyhaninin “Xalidin kitabı” ilə mü­qaisə edir. Və bu müqaisə Bayron qəhrəmanının Qərbdən Şərqə və ər-Reyhani qəhrəmanının Şərqdən Qərbə səyahəti ilə əlaqədar idi. Bay­ronun oz qəhrəmanı ilə bərabər səyahəti zamanı düşüncələrinə da­ha geniş planda baxsaq, burada real tarix ilə romantik təxəyyül arasında müəyyən fərqlər olduğu aşkara çıxar.

Bayron özünün Avropa ölkələrinə səfəri zamanı o vaxtlar Avs­t­ri­ya imperiyasına daxil edilmiş İta­li­yada, Osmanlı imperiyasının əra­zi­­si­nə daxil olan Yunanıstanda, bir tə­rəfdən, əsarətdə olan xalqların milli azad­­lıq mübarizəsinə təəssübkeşlik edir, digər tərəfdən də, Şərqə doğru get­­dikcə, fərqli bir həyat və dü­şün­cə tər­zini öyrənərək, öz yara­dı­cı­lı­ğı­­nı da­­ha da zənginləşdirir.

Bayronun şəxsi baxışları onun «Çayld Harold» əsə­rin­də qəh­rə­ma­nın səyahətlərini müşayət edən mü­əl­lif sözləri ilə ifadə olu­nur. O, qə­dim mə­də­niyyətə malik olan, keç­miş qüdrəti ilə yadda qa­lan yunan­la­rın türk əsa­rə­tində rahatca ya­şa­ma­larına biganə qa­la bilmir və onları azad­lıq uğrunda mübarizəyə səs­lə­yir.



Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin