Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə79/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   75   76   77   78   79   80   81   82   ...   101
İnsanları görəndə

İnsanları görəndə,

Bir atəş yandırmışdılar

Cəhaləti yaxmaq üçün.

Bir taxt, bir heykəl qurmuşdular,

Sitayişçün biliyə.

İnancımı qoydum ovcuma,

Dedim: budur, mənim biliyim,

Yüksəldin onu!
Axmaq ağlımı atəşə çəkdim,

Dedim: budur mənim cəhalətim,

Yox edin onu!
Ağlımı taxtlarına oturtdular,

İnancımı yaxdılar, heç acımadan.
İnsanları görəndə

Bir çarmıx tikdilər

Gərmək üçün yalanı.

Bir tac qoydular,

Hökmdar etmək üçün həqiqəti.
İçimdə nə varsa qoydum ortaya.

Dedim: budur mənim yalanım,

Mismarlayın onu!
Sevinclə göstərdim qəlbimi,

Dedim: budur mənim həqiqətim,

Tac qoyun başına.
Qəlbimi mismarladılar!

Mənliyimi tanrılaşdırdılar!

Yaxşılıq və pislik

Qəribədir,

Yuxumda eşitdim

Bir mələyin bir şeytana səsləndiyini:
Bəli, bəli əziz qardaşım.

Sənin cənnətin var ola bilərdimi mənim cəhənnəmim olmasaydı?

Biz ekizik, bizdə eyni deyilmi

əbədilik və yox olmağın sirri,

ikimiz də eyni cövhərdən yaradılmadıqmı?

Hamı qardaşını unutsa da sən unudarsanmı?

Başını aşağı əydi nurun oğlu,

Keçmiş xatirələrini düşünərək,

Gözləri yaşla doldu əyilərkən,

Atəşin oğluna sarılıb əhf diləyəndə.

Bəli, bəli əziz qardaşım,

Sənin atəşindən yarandı mənim cənnətim.

İkisi də uçdu yanaşı,

Daldılar sis pərdəsinin arxasına.



Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin