Qəlbimə bir şeytan girdi
və bir mələk gördü orada.
Göz açıb qapayıncayadək
bir qovğa başladı aralarında.1
U.Bleyk də “xeyir və şər”, “mələk və iblis”, “həqiqət və güc” əksliyinə müraciət edir və birinci tərəflə yanaşı, ikinci tərəfin də varlığındakı mənanı açmağa çalışır. “Xeyir passivdir və Əqlə tabedir. Şər aktivdir və Enerjidən cücərir”.2 U.Bleyk hərəkətverici qüvvənin mələkdə yox, şər tərəfdə, iblisdə olduğunu qeyd etməklə bu iki tərəf arasındakı münasibətin dialektik mövqedən ifadə edir.
U.Bleyk Reyhanidən, Cübrandan və Caviddən xeyli əvvəl yaşasa da, onun düşüncə tərzindəki ekstraordinarlıq sanki zamanı qabaqlamağa və məqamı çatanda daha geniş və təfərrüatlı şəkildə qoyulacaq bir problemin bədii eskizini çəkməyə imkan verir. Görünür, məhz bu cəhətlərə görə professor Aida İmanquliyeva U.Bleyki yeni dövr Şərq romantizminin ideya qaynaqlarından biri hesab edirdi. Həm də bu ideya varisliyi kiminsə ondan bilavasitə faydalanmasını nəzərdə tutmur. Bu varislik ideyanın öz inkişaf yolundan, qanunauyğunluğundan irəli gəlir. Əks təqdirdə, bu ideyanın Amerikada yaşayan və ingilis ədəbiyyatını mütaliə edən ərəb romantikləri ilə yanaşı, heç şübhəsiz, Bleykin əsərlərindən xəbərsiz olan Hüseyn Cavid romantizmində də gündəmə gəlməsini izah etmək çətin olardı.
«Mənim tanrım gözəllikdir, sevgidir», – deyən Cavid, eyni zamanda hərəkətverici qüvvələri unutmur, gözəlliyə və həqiqətə aparan yolun gücdən və qüvvətdən keçdiyini vurğulayır:
Yaşadan kainatı qüvvətdir,
Gücsüzün hər nəsibi zillətdir.1
Sadəcə güc yox, gücə qarşı güc! Öz haqqını müdafiə etmək üçün, güclü olmaqdan başqa çarə yoxdur. Məqsəd haqqa çatmaqdır. Lakin haqqa çatmağın yolu güclü olmaqdan keçir.
«Kim güclüdürsə, o da haqlıdır», – deyən fəlsəfə nə qədər iblisanə olsa da, reallığın fəlsəfəsidir. Çünki bu fani dünyanın, cismani həyatın reallıqları güc üzərində qərar tutur.
Yaşamaq istəyirmisən, çarpış,
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil!
Onsuz irmək murada çox müşkül.2
Bəli, güc heç də yalnız şəri simvolizə etmir. Lakin bizi maraqlandıran məhz şərin də gücə malik olması, onun özündə gəzdirdiyi potensial, neqativə çevrilmiş pozitivdir.
Ruhun qanadlarında uzaqlara uçaraq bədəndən və maddi gerçəklikdən ayrılmaq cəhdlərindən fərqli olaraq, bu maddiyyatın potensial şəkildə özündə saxladığı daxili güçü, onun öz romantizmini üzə çıxarmaq cəhdləri amerikan romantik şairi Uolt Uitmenin poeziyasını səciyyələndirən ən mühüm amillərdən biridir:
Mən materiya haqqında poema qoşacağam,
çünki məncə, bu poemalar ruhla doludur.
Mən öz bədənim və ölümüm haqqında poema qoşacağam.
çünki məncə, ruh və ölməzlik haqqında
əsl şeir ancaq belə yarana bilər.1
Əsas vəzifə gücün məqsəd kimi deyil, vasitə kimi istifadə olunmasıdır. Bu, məsələnin əxlaqi-etik müstəvidə qoyuluşudur. Lakin məsələnin ontoloji aspekti də vardır. Şər nə vaxtsa pozitiv üçün başlanğıc ola bilərmi?
Şərin pozitiv baxımdan vəsfini adətən F.Nitsşenin adıyla bağlayırlar. Amma məsələnin ontoloji planda qoyuluşu ilə biz Nitsşedən öncə Uitmendə rastlaşırıq. O, 1860-cı ildə (onda Nitsşenin 20 yaşı var idi) yazdığı «Pomanokada doğulmuş» adlı poemasında deyir:
Mən şər haqqında şeir qoşuram,
şərdən də danışmaq borcumdur mənim.
…Əgər o varsa, deməli, sənin də, mənim də, mənim ölkəmin də
varlığının ayrılmaz hissəsidir.2
Poemanın konteksti və şairin başqa şeirləri ilə tanışlıq göstərir ki, o, şər anlayışına ancaq əxlaqi müstəvidə yanaşmır, ona güc və iradə daşıyıcısı kimi də baxdığından onu vəsf edir. Uitmendə romantizm konkretləşir, reallıqla üzvi vəhdətdə tərənnüm olunur.
Məsələnin bu cür qoyuluşu Cavidi də daha düzgün başa düşməyə imkan verir. Cavidi ümumiyyətlə hər cür müharibənin əleyhinə olan şair kimi təqdim edənlər yanılırlar. Hətta onun
Dostları ilə paylaş: |