Susma, ürək…
161
SIĞINMIŞAM
Yeri-göyü xəlq eləyən qadiri-qəhharım var,
Dar günümdü, kimsəsizəm, mən ona sığınmışam.
Yüz iyirmi dörd min nəbi əzbərimdi dilimdə.
Məhəmmədə nazil olan Qurana sığınmışam.
Şahimərdan-Şiriyəzdan yetər dada, bilirəm,
Bu əlacsız nökərini salar yada, bilirəm,
Zərrə qədər qoymaz yanam, düşsəm oda, bilirəm,
Haqqı deyən, haqqı gəzən, divana sığınmışam.
Şiruyəyəm, quru bəxt ver, ya qadir Allah mənə,
Bəxtim olsa taxt yetirər ol Rəsulillah mənə,
Öləndə qismət eylə “lailəhailallah” mənə,
O dünyamı sən bilirsən, gümana sığınmışam.
İSTƏRƏM
Bir çətin yol yolçusuyam, haqdan nüsrət istərəm,
Aləmləri xəlq edəndən zərrə qüdrət istərəm.
Bir xaliqim kömək olsun, başa vurum bu yolu,
Məkan, zaman yaradandan mən kəramət istərəm.
Haqqı-Rəsul İslam üçün çəksən də cövrü-cəfa,
Dönmədin Allah yolundan, Xaliqə etdin vəfa.
Yet dadıma ey Nuru-pak, ey Məhəmməd Mustafa,
Gücdən düşmüş bir müstərəm, səndən qüvvət istərəm.
|