Sərraf Şiruyə
162
Eşqin ilə odlanıram, Sahibi-Düldül ağa,
Xidmətində gecə-gündüz, mənəm kəmtər-qul ağa,
İzin versən söyləyərəm vəsfini dil-dil ağa,
Hər kəlməmə, hər sətrimə səndən ziynət istərəm.
Hüseyninə Nohəxanam, gözlərim yaşdı, Ağa,
Yolunda qurban getməyim dünyamdan başdı, Ağa,
Can verəm Hüseyn üçün, könlümə xoşdu, Ağa,
O arzuma qovuşmağa səndən qismət istərəm.
Gündə beş vaxt səcdədəyəm, ya Məhəmməd Mustafa,
Xoş nəzər qıl qibləgahım, əhdimə edim vəfa.
Qismət olub, İslam üçün zərrəcə çəksəm cəfa,
Məhşər günü o zərrəmə səndən qiymət istərəm.
ƏLİDİR
Dərya qədər günahım var, dərya qədər qəmim var,
Köməkdarım qadir Allah, ol Məhəmməd, Əlidir.
Gecə-gündüz üz sürtürəm onun xaki-payına,
Çağırıram o şəxsi ki, sirri qüdrət Əlidir.
Ürəyimdə əzbərimdi Əfsəl, Mürsəl peyğəmbər,
Həm-pənci Ali-Əba, mən onlara qul-kəmtər.
Millətinin dar günüdü, çək Düldülü, ey Qəmbər,
Həm kəramət, həm cəsarət, həm də qeyrət Əlidir.
Yerin, göyün, ərşin-gürşün sahibidi bir Allah,
Hər kəlmənin, hər bir işin əvvəlidi Bismillah.
Mən sənə bel bağlamışam, Əliyyən Vəliyullah,
Şiruyəyəm, yəqin billəm verən nüsrət Əlidir.
|