Susma, ürək…
19
İsin comərd ocağında,
Yatma yadlar qucağında.
Qanmazların qabağında,
Kirimək də qoçaqlıqdı.
Qaçma yalan söz dalınca,
İnsanlığın gəz dalınca,
Əyriləri düz dalınca,
Sürümək də qoçaqlıqdı.
Ay Şiruyə, qıy canına,
Xilaf çıxma peymanına.
Hər əməli öz donuna,
Bürümək də qoçaqlıqdı.
DEMƏLİDİ
Zəhər verən zəhərini,
Axır bir gün yeməlidi.
Qaldıran da, endirən də,
İnsanın öz əməlidi.
Arxa, dayaq yüz də olsa,
Arada min söz də olsa,
Gec də olsa, tez də olsa,
Haqq sözünü deməlidi.
Ay Şiruyə, məkirli hal,
Dağıdıbdı çox cah-calal
Düz əməlnən, düzgün amal,
Həqiqətin təməlidi.
1969-cu il.
|