|
Sərraf Şiruyə
22
GÖRMÜŞƏM
Arvad kölgəsinə güvənənlərin,
Elə özünü də arvad görmüşəm.
Ev yıxıb, qan tökən zülmkarların,
Aqibət gününü bərbad görmüşəm.
Şadlığın görmədim yoldan azanın,
Qanun əleyhinə höküm yazanın.
Özgəyə tor qurub, quyu qazanın,
Dilində ah-aman, fəryad görmüşəm.
Ay Sərraf Şiruyə, bəsdir töhmətin,
Keçməz nadanlara gül nəsihətin.
Məcnunu sayılan pak məhəbbətin,
Neçə aşiqləri xoryad görmüşəm.
ZÜLÜMDÜ
Təsəllili dərdə nə var,
Təsəllisiz dərd zülümdü.
Mərdi mərd yıxa nə var ki,
Toxuna namərd zülümdü.
Keçə yağı əllərinə,
Qədəm basa çöllərinə.
Talan sala ellərinə,
Ağlar qala yurd zülümdü.
|
|
|