Susma, ürək…
25
Kim nə deyir halal zəhmət, bol vara,
Xoş zamandı, hamı geysin zərxara.
Dünənin əməli çıxıb aşkara,
Bu gün başa qaxılanda gülmüşəm.
Gör necədi Şiruyənin kamalı,
Şöhrətidi, saf vicdanı, amalı.
Haramlığın, əyriliyin medalı,
Qəfil döşə taxılanda gülmüşəm.
OĞLUYUQ
Oddan, közdən törənmişik,
Söngüməyən od oğluyuq.
Tarixlərə həkk olunan,
Min şöhrətli ad oğluyuq.
Bir torpaqdan ələnmişik,
Bir nənnidə bələnmişik.
Tək Adəmdən törənmişik,
Kim deyir ki, yad oğluyuq?
Ay Şiruyə, gəzmə gendən,
Kömək umsa kimsə səndən.
Əlacsıza əzəl gündən,
Əl tutan imdad oğluyuq.
Dostları ilə paylaş: |