Susma, ürək…
211
Ovunub, ovunub yola gəlməyən,
Könül yandırmayan, ürək dəlməyən.
Yaxşını yamandan seçə bilməyən,
Naşı təbiətli gözümdən küsüm.
Tez gözə gəlməyən qısa boyumdan,
Behsanə ötüşən həftə, ayımdan.
Sadə sovqatımdan, kasıb payımdan,
Nimdaş paltarımdan, bezimdən küsüm.
UMMUŞAM
Bu da bir naşılıq, bu da bir səhvlik,
Xətirsiz dostlardan xətir ummuşam.
Susuz səhralardan, şoran çöllərdən,
Təravət ummuşam, ətir ummuşam.
Eybi yox, inciyən incisin məndən,
Həqiqət inləsə keçmərəm gendən.
Çiçəksiz çəməndən, gülsüz çəməndən,
Çələng istəmişəm, çətir ummuşam.
Sərraf Şiruyəyəm, gəzirəm həkim,
Quruyub budağım, çürüyüb köküm
Nadanlıq qəlbimə kəsilib hakim,
Urvasız kəpəkdən fətir ummuşam.
|