Susma, ürək…
213
GETDİ
Ömrüm, günüm əzəlindən,
Qara gəldi, qara getdi.
Duyan qəlbim, duyan könlüm,
Yara gəldi, yara getdi.
Açılmadı qaranlığım,
Çəkilmədi dumanlığım.
Heç bilmirəm cavanlığım,
Hara gəldi, hara getdi.
Sayılmadı hörmətim də,
Zəhmətim də, zillətim də.
Şiruyəyəm, qismətim də,
Para gəldi, para getdi.
QURBANIN OLUM
Gen günündə kölgən ilə sürünən,
Ehtiyac dostudu, qurbanın olum.
Sən xoşbəxt bildiyin neçə ürəklər,
Yaralı, yaslıdı, qurbanın olum.
Bərqərar olandan dünyanın himi,
Didib parçalayır bir bax kim kimi?
Həqiqət pərdəsi, ədalət simi,
Hələ də paslıdı, qurbanın olum.
|