Susma, ürək…
209
Həqiqətdi Şiruyənin gördüyü,
Nəsihətdi söylədiyi, dediyi.
Naşının amansız döyəclədiyi,
O sədəfli saza hayıfım gəlir.
TOFİQ YUSİFƏ
Təcnis
Tofiq, bir nekroloq yazarsan mənə:
“Köçdü taleyindən yarımaz şair”.
Dərd-ələm, qəm-qüssə aman vermədi,
Yazdı qüdrətindən yarım az şair.
Tale qurban verdi elə, məni də,
1
Axirət qucacaq el əməni də.
2
Neçə səda gəldi – elə məni də,
Sənintək ağladı yarım, az, şair.
3
Şiruyənin ahı yara yetişib,
Qəm dağını yara-yara yetişib,
Naşı təbib dedi: – yara yetişib,
Gətir neştər vurum, yarım, az, şair.
4
1
Tale məni el-obaya qurban verdi.
2
Xeyirxah insanı da əcəl aparacaq.
3
Məni də sənintək yarım az ağladı.
4
Gətir yaranı azcaca yarım.
|