Sərraf Şiruyə
206
YETİRİN MƏNİ
Qürbətin baharı nəyimə gərək,
Vətənin qışına yetirin məni.
Ovutmaz könlümü yad elin gülü,
Obamın daşına yetirin məni.
Cənnət olsa əgər qoynu dünyanın
Əsiriyəm öz yurdumun, binamın.
Yolumu gözləyən qoca anamın,
Gözünün yaşına yetirin məni.
Deyiləm vurğunu yad məhəbbətin,
Salmayın yanımda özgə söhbətin.
Könlümün gözəli – nazlı afətin,
Aypara qaşına yetirin məni.
1975-ci il
BACIDI
Ana can-ciyardı, ata arxadı,
Qardaş üçün bir pərvanə bacıdı.
Xoş
günündə əlvan geyib sallanan,
Vay günündə qıyan cana bacıdı.
Dizə döyən baş yastığa düşəndə,
Yaman
sözün dil-dodağa düşəndə
Cəsədin
bükülüb ağa düşəndə,
Zülfün yolub, qıyan cana bacıdı.