Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə191/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   187   188   189   190   191   192   193   194   ...   260
 
 
 
 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
204 
 
UDUZDUM 
 
İstədim ki, bu fələkdən bəxt udam, 
Tale verən bəxtimi də uduzdum. 
Tac istədim, qappaz vurdu başıma, 
Nimdaş, quru taxtımı da uduzdum. 
 
Haqq yolundan haqsız kimi saxlandım, 
Tənə yedim, ürəyimdən dağlandım. 
Bir gözəlin istəyinə bağlandım, 
Ömrü, günü vaxtımı da uduzdum. 
 
Ay Şiruyə, nə bir kükrə, nə bir coş, 
Qələm götür bu qazanca şeir qoş
Aldım, satdım, üzüm qara, əlim boş
Halal maya, haqqımı da uduzdum. 
 
 
 
AĞLADAR MƏNİ 
 
Hər sitəm, hər təsir ağlada bilməz, 
Puç olan həqiqət ağladar məni. 
Ehtiyac, işgəncə ağlada bilməz
Tapdanan ləyaqət ağladar məni. 
 
Bəd niyyət paklığa vurmasın ləkə, 
Yaşarda könlümü intizar bəlkə, 
Azadlıq tapmayan bir mahal, ölkə, 
Qul olan bir xilqət ağladar məni. 
 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin