Susma, ürək…
35
Düz yolundan çıxanları,
Haqqa qılınc çaxanları.
Dosta xain baxanları,
Daşlayıb, söyüb atalar.
Dərd tapsa da ətək-ətək,
Olmayıblar yada yedək.
Haqq donunu Şiruyətək,
Aşkara geyib atalar.
VAR
Gəlhagələ sevinməyək,
Gəlhagəlin gedişi var.
Bu həyatın qovhaqovu,
Çaparı var, ötüşü var.
Dünya meydan, dünya səhnə,
Dünya təzə, dünya köhnə.
Gəl dünyaya gərmə sinə,
Onun sirli atışı var.
Hər axşamın bir səhəri,
Hər müşkülün bir təhəri.
Hər gövhərin öz dəyəri,
Şiruyə, öz satışı var.
|