Susma, ürək…
45
NƏ VECİNƏ
Nə dərd çəkir, nə qəm çəkir,
Dəlilərin nə vecinə.
Havayı insan qanıdı,
Zəlilərin nə vecinə.
Aynabəndli otaq gəzmir,
Arvad gəzmir, uşaq gəzmir,
Paltar gəzmir, papaq gəzmir,
Ölülərin nə vecinə.
Şiruyəyəm kahal olan,
Varlığı da xəyal olan.
Hər nə desən xoşhal olan,
“Bəli”lərin nə vecinə.
1965-ci il.
KİMİ
Yaltaqların artır sayı,
Qurbağanın sayı kimi,
Yalan basır yalan üstdən,
Biçinçinin layı kimi.
Boy dərmanı verib sözə,
Axşam, səhər çıxır üzə,
Az qalır ki, girə gözə,
Çərçilərin xayı kimi.
1
1
Yəni çərçilərin xırdavat malı kimi.
|