Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə44/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   40   41   42   43   44   45   46   47   ...   260
 
 
 


             
                           
                          Susma, ürək…
 
 
47 
 
AXMAQLIQ OLAR 
 
Mənəm deyənləri öz cızığına, 
Qaytarıb qoymasan axmaqlıq olar. 
Süfrəyə, çörəyə xor baxanları, 
Soğantək soymasan axmaqlıq olar. 
 
Tənə sözü nadan salmaz ürəyə, 
Ya atar peysərə, ya da kürəyə. 
Vaxtsız quduranı çatıb dirəyə, 
Nehrətək yaymasan axmaqlıq olar. 
 
Deməyin Şiruyə nə qoçaq çıxıb, 
Neyləyim, nəqabil yersiz hayıxıb. 
Boksdan döşəyib, qabağa yıxıb, 
Üstündə saymasan axmaqlıq olar. 
 
 
 
DEYƏK 
 
Daha bəylər bəy həddini keçibdi, 
Gərəkdir onlara padişah deyək. 
Ağaların qulluğuna gedəndə, 
Titrəyə-titrəyə bismillah deyək. 
 
Bəylər saldı badalağa milləti, 
Döndərdilər yapalağa milləti, 
Öyrətdilər şapalağa milləti, 
Çapan çalıb, indi şahənşah deyək. 
 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin