Sərraf Şiruyə
46
Bugünkünü sabah danır,
Xam axtarır, özgə anır,
Nə qandırır, nə də qanır,
Ayı oğlu, ayı kimi.
Şiruyəyəm, qınayıram,
Barmaq silkib yanayıram.
Mən yaltağı tanıyıram:
Qurumsağın tayı kimi.
UZAQDI Kİ, UZAQDI
Yaxşılığı, yamanlığı duymayan,
İraq üzdən, ulaqdı ki, ulaqdı.
Öz yerini, öz sözünü bilməyən,
Vallah, uzunqulaqdı ki, qulaqdı.
Yaxşı yaxşı, pis də pisdi, – bəs necə?
Aydın günə tay olarmı bəs gecə?
Susuzluqdan yananlara gölməçə,
Billur gözlü bulaqdı ki, bulaqdı.
Pirkamaldı insanlıqdan doymayan,
Ad ucaldıb bəd şöhrətə uymayan.
Şiruyəni anlamayan, duymayan,
İnsanlıqdan uzaqdı ki, uzaqdı.
Dostları ilə paylaş: |