Sərraf Şiruyə
54
Hanı daş üstünə indi daş qoyan?
Çoxalıb baş kəsən, dərilər soyan.
Hər kəsi özütək düşünən, duyan,
Zərif sayanların ömrünə hayıf!
Qanunlar itirib öz kəsərini,
Tamahlar artırıb öz qədərini.
Çəkib bu dünyanın dərd-kədərini,
Qəmdən doyanların ömrünə hayıf!
AY BALA
Zaman düzü boğazından asıbdı,
Yalvarıram, düz danışma, ay bala.
Yalan hakim, əyri vəzir, vəkildi,
Həqiqətdən söz danışma, ay bala.
Şər atını çoxdu minib səyridən,
Bəd dilindi, günah görmə qeyridən.
Bir saz götür, dastan söylə əyridən,
Dərin danış, üz danışma, ay bala.
Şiruyənin qəlbi qəmlə doludu,
Qılınc tutan şər-böhtanın qoludu.
Bu dünyanın yolu şeytan yoludu,
Özgə cığır, iz danışma, ay bala.
|