|
Bu səhifədəki naviqasiya:
- HAYIF
Susma, ürək…
53
SALIBDI
Sürüdən qabağa gedən təkəni,
Zamanın hökümü dala salıbdı.
Ulağın belinə qoyub yəhəri,
Köhləni palana, çula salıbdı.
Fələk geydirsə də zər-ziba donu,
Axırı puçluqdu hər ömrün sonu.
Bu, qoca dünyadı – tanıyın onu,
Neçə Süleymanlar yola salıbdı.
Dünyadan bac alan İsgəndər hanı?
Boş qalıbdı Rüstəmzalın meydanı.
Sərraf Şiruyətək bu beynəvanı,
Tale çox qovğaya, qala salıbdı.
HAYIF
Qanmazlar içində puç olub gedir,
Hayıf, qananların ömrünə, hayıf!
Ha baxırsan bir işıltı görünmür,
Haqqa uyanların ömrünə hayıf!
Ziynət ləyaqəti yox eyləyibdi,
Şöhrət sədaqəti yox eyləyibdi.
Sərvət məhəbbəti yox eyləyibdi,
Eşqə yananların ömrünə hayıf!
|
|
|