Susma, ürək…
49
BU YURDDA
Biz gül əkib, gül becərib, gül umduq,
Niyə alaq, ot göyərib bu yurdda?
Nə tilsimdi, nə cadudu görəsən,
Su quruyub, od göyərib bu yurdda...
Hamı ümid, gümanını itirib,
Bir-birinə inamını itirib,
Kök, nəsil, soy öz tamını itirib,
Özgə oxşar, dad göyərib bu yurdda.
Mat qalmışam, yoxdu canda hənirti,
Heç göyərmir umduğumuz göyərti.
İnsan verməliydi axı cücərti,
Cin, fəriştə – zad göyərib bu yurdda...
Bu dünyanın sirri varmış nə yaman,
Qorxmaq gərək bu sehirdən, ay aman!
Bu torpaq müsəlman, toxum müsəlman,
Bəs niyə bəzzad göyərib bu yurdda?!
Şiruyə, dönübmüş fələyin çarxı,
Zir-zibil gətirib çayları, arxı.
Biz palıd toxumu əkmişdik axı,
Bəs niyə patpat göyərib bu yurdda?!
Dostları ilə paylaş: