Susma, ürək…
37
PƏRVANƏSİDİR
Bu uca zirvələr, bu gеn dərələr,
Ana təbiətin xəzinəsidir.
Bu ayna bulaqlar, gur şəlalələr,
İncisi, gövhəri, dürdanəsidir.
Qayalar harayçı, qayalar yaraq,
Zirvələr kеşikçi, zirvələr bayraq.
Zərrəsin öpdüyüm bu ana torpaq,
Babamız Qorqudun nişanəsidir.
Xallı lalə boyun əyib üzbəri,
Еşqə düşmüş ya Gülgəzdi, ya Pəri.
Çaylar bu dağların gümüş kəməri,
Duman bu dağların pərvanəsidir.
15 iyul 1976-cı il, Göyçə, Daşkənd kəndi.
Sərraf Şiruyə
38
Dostları ilə paylaş: |