Sərraf şİruyə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə180/260
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#17931
1   ...   176   177   178   179   180   181   182   183   ...   260
Sərraf Şiruyə             
                           
                          
 
 
188 
BƏS DEMƏ 
 
Sözü şəkər, 
Özü şəkər,  
Can alansan, 
Desəm əgər – 
 
bəs demə. 
 
Buxağı ağ, 
Dili qaymaq, 
Dastan yazım, 
Varaq-varaq –  
 
bəs demə. 
 
Dişi mərcan, 
Döşü fincan, 
Sənə qurban, 
Olsun bu can –  
 
bəs demə. 
 
Günəş üzlü, 
Ceyran gözlü, 
Qonaq gəlim, 
Sizə sözlü – 
 
bəs demə. 
 
Şümşad əlli, 
İncə belli. 
Yolun olum, 
Siyah telli – 
 
bəs demə. 
 


             
                           
                          Susma, ürək…
 
 
189 
Nazik bədən, 
Hərdən-hərdən, 
Tərifini, 
İstə məndən – 
 
bəs demə. 
 
Baxışı nur, 
Duruşu nur. 
Desələr ki, 
Gözəl budur – 
 
bəs demə. 
 
Lalə yanaq, 
Sinən yaylaq. 
Qulun olum, 
Ay ayqabaq – 
 
bəs demə. 
 
Şiruyəyəm, 
Görüş alım, 
Dodağından 
Gülüş alım, 
Qol dolayım 
Gərdəninə, 
Yanağından, 
Öpüş alım – 
 
bəs demə, 
 
bəs demə. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
190 
 
MƏN SƏNİ AĞLAYIM, 
SƏN MƏNİ AĞLA 
 
Mən səndən betərəm, sən məndən betər, 
Mən səni ağlayım, sən məni ağla. 
Dərdi-dərdə qataq, ay üzü dönmüş, 
Mən səni ağlayım, sən məni ağla. 
 
Mən qeyrət dəlisi, sən altun, sərvət, 
Mən ismət dəlisi, sən bəzək, ziynət. 
Mən eşq dəlisiyəm, sən rütbə, şöhrət, 
Mən səni ağlayım, sən məni ağla. 
 
Daha dözüm yoxdu mən divanədə, 
Əksini görürəm hər bir xanədə. 
Mən haqqın evində, sən meyxanədə, 
Mən səni ağlayım, sən məni ağla. 
 
Puç oldu arzular daha çağlamaz, 
Nə dosta, nə yada ümid bağlamaz. 
Bizi bu töhmətlə ellər ağlamaz, 
Mən səni ağlayım, sən məni ağla. 
 
Sərraf Şiruyəyəm, saçlarım ağda, 
Danışsam dərdimi əriyər dağ da. 
Tökək göz yaşını yad-yad bucaqda, 
Mən səni ağlayım, sən məni ağla. 
 


             
                           
                          Susma, ürək…
 
 
191 
 
NƏ YAZIM 
 
Dedin “şeir yaz mənə”, 
Nə yazım, bəxti qara? 
Görəsən fələk sənə, 
Bəs niyə baxdı qara? 
 
Gül idin, şehli idin, 
Gün idin, mehli idin, 
Nə günah əhli idin? 
Üzünə yaxdı qara. 
 
Əhvalın sorulmadı, 
Hədəfin vurulmadı. 
Hey axdı, durulmadı, 
Suyun da axdı qara. 
 
Nə bəd gəldi əzəlin, 
Haqqa baxsın göz, əlin. 
Tanrı, belə gözəlin, 
Olarmı taxtı qara? 
 
Mənim kimi sənin də, 
Yoxmuş can deyənin də. 
Gəlib Şiruyənin də, 
Zamanı, vaxtı qara. 
 
 
 
 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
192 
 
BİLMƏZ 
 
Sən böhtan aşiqi, mənsə həqiqət, 
Bizim ulduzumuz birləşə bilməz. 
Amalı, əməli gəc olanların, 
Qəlbində dünyalar yerləşə bilməz. 
 
Heç gör xoşlayarmı yarasa işıq, 
Bayquş abad ölkə, gözəl yaraşıq. 
Məndə fikir aydın, səndə dolaşıq, 
Kəcyollu istəklər görüşə bilməz. 
 
Əridi Şiruyə həsrət çəkəli, 
Alçaldı qarşında boyun bükəli. 
Məndə istək təmiz, səndə ləkəli, 
Bizim sevincimiz öpüşə bilməz. 
 
 
 
BU GƏLƏN 
 
Qaşlar qara, ağız muncuq, göz ala, 
Başdan-başa can alandı bu gələn. 
İltimas eylədim, – ayaq saxladı, 
Nə mehriban, nə qanandı bu gələn. 
 
Utancaqlıq varlığına ləkədi, 
Dodaqları paralanmış tikədi, 
Könlüm üçün Mədinədi, Məkkədi, 
Məsləkimə din-imandı bu gələn. 
 



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin