Sərraf Şiruyə
186
Mən dedim – büsə ver lalə yanaqdan,
Sən dedin – yağılar baxır uzaqdan.
Əmib, məst olduqca dildən, dodaqdan,
Mən dedim – şəkərdi, sən dedin – baldı.
Mən dedim – Şiruyə çəkər həsrəti,
Sən dedin – salmaynan belə söhbəti.
Dən düşən saçıma baxdın xəlvəti,
Mən dedim – gümüşdü, sən dedin – çaldı.
QIZ
Xallar nədən səpələnib,
Buxağının sağına, qız?
Bircəciyi kaş düşəydi,
Yanağının ağına, qız.
İnsafa gəl, kərəm eylə,
Könlü-könlə həmdəm eylə,
O xalları məlhəm eylə,
Gözlərimin ağına, qız.
Sevinc olaq, oyun olaq,
Bəxşiş, sovqat boyun olaq,
Yaxın gəl, qol-boyun olaq,
Çıxaq Vətən dağına, qız.
|