Susma, ürək…
241
MƏN
Ustad Aşıq Alının məzarı önündə
Əyirəm başımı köksümə dəyir,
Ölməz sənətinin qabağında mən.
Sevilə-sevilə səslənən gördüm,
Qoşmanı gözəllər dodağında mən.
Babamı dindirdim səndən söylədi,
Obamı dindirdim səndən söylədi,
Gəraylın yolumdan elə eylədi,
Daş oldum ömrümün bu çağında mən.
Üz tutdum bağçaya – güllər gəl dedi,
Təbiət çağırdı, çöllər gəl dedi,
Mahallar gəl dedi, ellər gəl dedi,
İtdim təcnisinin sorağında mən.
Könlümün evində sazın gülləndi,
Ürəyimin tellərində telləndi.
“Alı” adı çəkdim, babam dilləndi,
Qaldım bağlamanın caynağında mən.
Oxudum kəlməni inci, zər gördüm,
Mənada həm kəsər, həm hünər gördüm,
Sərraf Şiruyəyəm, Ələsgər gördüm,
Alı zirvəsinin qucağında mən.
Dostları ilə paylaş: