Sərraf Şiruyə
242
GETDİ
Baharı ötüşdü, yayı ötüşdü,
Ömrümün payızı, qışı da getdi.
Hicran yedəyində, qəmlər əlində,
Axdı gözlərimin yaşı da getdi.
Arzum vaxtsız soldu, ümidim puçdu,
Eşqim, məhəbbətim yuvasız quşdu.
Könlümün sarayı himindən uçdu.
Torpağı daşındı, daşı da getdi.
Şiruyəyəm, bu dünyanın qalında,
Dost deyənin fitnəsində, alında.
Can çürütdüm vəfasızın yolunda,
Sevda üzüyümün qaşı da getdi.
Dostları ilə paylaş: