Susma, ürək…
245
Nədən intizara çеvrildi bu an?
Döndü bir nisgilə еdilən güman.
Üzdə sеvinc, qəlbdə qəmlə ayrılan,
Bir sən oldun, bir mən oldum, bir də dost.
Daha Şiruyədə tükənib səbir,
Bir bəhrə vеrmədi tökülən tədbir.
O günləri xatırlayan birbəbir,
Bir sən oldun, bir mən oldum, bir də dost.
1980-ci il.
İNSAN
Ət, sümüyün görünsə də,
Yarın qandır, sudur, insan.
Göy baxacaq, yer udacaq,
Aqibətin budur, insan.
Dünya malı bal olanda,
Daş, torpağı ləl olanda,
Tamahına qul olanda,
Zəhəri də udur insan.
Düşünmürük bəs nədəndir,
Qönçə ömür sabah dəndir.
Son payı ki, bir kəfəndir,
Niyə şöhrət güdür insan?
|